DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə DSMF-də son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.
Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb.
Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.
“The International 100 Magazine” 2016-cı ildən unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr keçirir və innovativ layihələri, uğurları ilə fərqlənən qurumları müəyyənləşdirərək təqdir edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















