DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya məsləhətçisi” oldu AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Global Financial Market Review” (GFM) beynəlxalq mükafat proqramının (Birləşmiş Krallıq) “Global Financial Market Review – Awards 2024” müsabiqəsində qalib seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə işinə münsiflər tərəfindən yüksək qiymət verilən DSMF “İlin ən yaxşı pensiya məsləhətçisi 2024” ali mükafatına layiq görülüb. Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki “Qaliblərin siyahısı”nda da yer alıb.
Müsabiqədə DSMF ilə yanaşı ABŞ, Türkiyə, Kanada, Birləşmiş Krallıq, Avstraliya, Sinqapur, Meksika, Malayziya, Nepal, Braziliya və s. daxil olmaqla 60-dan çox ölkədən dövlət və özəl qurumlar iştirak edib.
Bu, DSMF-nin 2024-cü il ərzində layiq görüldüyü 31-ci, 2021-2024-cü illər ərzində isə 54-cü beynəlxalq mükafatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















