DSMF mühüm MƏLUMAT YAYDI KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərinin vətəndaşlara verilməsi şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır.
KONKRET.az xəbər verir ki, bunu fondun mətbuat katibi Rəşad Mehdili bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinə münasibət bildirərkən deyib.
O əlavə edib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil:
“Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır. Bundan sonra sosial ödənişlərinin davam etdirilməsi mümkün olacaq”.
Baxış sayı:101
Bu xəbər 27 Avqust 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















