DSMF sədri İSSAnın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən (İSSA) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib.
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri seçilmiş H.Məmişov Forum çərçivəsində İSSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə adıgedən beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda 2012-ci ildə BPSFA ilə İSSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.
Sonda yeni Anlaşma Memorandumunun hazırlanması işinin sürətləndirilməsi məqsədilə tərəflər arasında Niyyət Sazişi imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















