Icma.az
close
up
RU
DSMFnin gəlirlərinin artacağı proqnozlaşdırılır

DSMFnin gəlirlərinin artacağı proqnozlaşdırılır

Icma.az, Sia Az saytına istinadən bildirir.

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur. SİA xəbər verir ki, bu, “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.

Həmçinin 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə sosial sığorta güzəştinin 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiqi nəzərdə tutulur. Belə ki, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq ediləcək.

Qanunun qəbulu ilə sığortaedənlər (sığortalılar) tərəfindən hesabatların təqdim edilməsi prosesində təcrübədə yaranmış uyğunsuzluqlar aradan qaldırılacaq, sığortaedənlərin (sığortalıların) fəaliyyətinin müvəqqəti dayandırılması, habelə sığortaedən (sığortalı) hüquqi şəxsin ləğv edilməsi, yaxud fiziki şəxsin fəaliyyətinə xitam verilməsi zamanı hesabatın təqdim edilməsi vaxtı tənzimlənəcək.

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri