Icma.az
close
up
RU
DSX nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib FOTOLAR

DSX nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, xidmətin şəxsi heyəti, DQİDK-nin nümayəndəsi və din xadiminin iştirakı ilə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılıb, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah olunub, onun milli təhlükəsizliyə və ictimai sabitliyə törətdiyi təhlükələr diqqətə çatdırılıb, eləcə də, gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin DSX-də əsas prioritet olduğunu bildiriblər.

DQİDK-nin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.

Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini doqqətə çatdırıb. İlahiyyatçı, eyni zamanda, gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırıb.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri