Icma.az
close
up
RU
DSXnın 30 hərbçisindən RƏHBƏRLİYƏ ETİRAZ Prezidentin fərmanının icrasına Elçin Quliyev mane olur?

DSXnın 30 hərbçisindən RƏHBƏRLİYƏ ETİRAZ Prezidentin fərmanının icrasına Elçin Quliyev mane olur?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər şəxslərinin qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”də dəfələrlə məlumat vermişik. Məhz bu yazılardan sonra redaksiyamıza çoxsaylı informasiyalar daxil olmaqdadır. Bu dəfə də qurumun məlum səbəblərdən adlarının açıqlanmasını istəməyən 30 nəfərə yaxın hərbi qulluqçusu tərəfindən şikayət olunub.

“Müraciətimiz vaxtilə dövlət qulluğu imtahanlarında yüksək bal toplayaraq "Daimi Dövlət Qulluğu"na qəbul edilmiş, işləmiş və sonradan sərhədçi peşəsini seçən və Dövlət Sərhəd Xidmətinin bir çox hərbi hissələrində xidmət edən 30 nəfərə yaxın hərbi qulluqçuya "ilkin zabit rütbələri"nin verilməməsi ilə bağlıdır”, - deyən şikayətçilər yazır ki, Prezident İlham Əliyevin "Xüsusi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında 21 iyun 2021-ci il tarixli, 1371 nömrəli fərmanı Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən icra edilmir:

“4 il bundan əvvəl Müzəffər Ali Baş komandanımız fərman imzalamasına baxmayaraq, Dövlət Sərhəd Xidmətinin aidiyyəti şəxsləri bu fərmanda qarşıya qoyulmuş tapşırıqları həl də yerinə yetirməyiblər. Fərmanın icrası ilə bağlı aidiyyəti şəxs və ya şəxslər heç bir tədbir görmədən Dövlət Sərhəd Xidməti rəisinin adından fərmanın Dövlət Sərhəd Xidmətinə aidiyyəti olmadığını, əksinə, bu fərmanla "ilkin zabit rütbələri"nin verilməsi məsələsinin qəti qadağan olunmasını söyləmişlər. Halbuki, Dövlət Sərhəd Xidmətinin generalları qohum və tanışlarına, xüsusi tapşırılmış hərbçilərə rütbələr paylayırlar”.

Fərmanın tələblərinin yerinə yetirilməməsinin səbəbinə gəldikdə isə, şikayətçilər hesab edir ki, burda bir neçə səbəb ola bilər: “Ya DSX rəisinin yaxın ətrafının məlumatı var, qərəzli şəkildə məruzə olunmur ki, onu nifuzdan sansınlar. Ya da Xidmət rəsinin öz göstərişləri əsasında cənab Prezidentin fərmanı icra olunmur.

Bildirmək istəyirik ki, cənab Prezidentin sözügedən fərmanı digər hüquq-mühafizə orqanlarında, həmçinin Müdafiə Nazirliyində belə, icra olunur”.

Məlumata əsasən, hərbçilərin özləri, eləcə də valideyinləri bu və ya digər məsələlərlə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmi internet saytına və DSX rəisinə yazılı müraciət etdikdə, onlara "töhmət", "şiddətli töhmət", eləcə də "işdən çıxarılma" və.s cəzalar verilir.

“Biz sərhədçilər inanırıq ki, cənab Xidmət rəisi, general-polkovnik Elçin Quliyevin bu məsələlərdən xəbəri yoxdur. Güman ediriki ki,  DSX rəisi möhtərəm canab Prezidentimiz İlham Əliyevin fərmanının icrasına biganə qalmayaraq, icrası üçün aidiyyəti tapşırıq və göstərişlərini verəcəkdir.

Axı, biz sərhədçilər Vətənimiz Azərbaycanın bütün sərhəd hüdudlarını göz bəbəyimiz kimi qoruyur, gecə-gündüz dayanmadan, yorulmadan Vətənimizə sədaqətlə xidmət edirik.

16 aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyev CBC televiziya kanalına müsahibə verərkən jurnalisin “Azərbaycan zabiti necə olmalıdır” sualına Ümummilli lider Heydər Əliyev siyasətinə dayanaraq, "Azərbaycan zabiti ləyaqətli olmalıdır, dəyanətli olmalıdır, peşakar olmalıdır, dövlətinə, xalqına, Prezidentinə sədaqətli olmalıdır. Məhz bu keyfiyyətlər hər bir zabitin gələcəkdə inkişafı yolunu açır. Mən düşünürəm ki, Azərbaycan zabiti belə olmalıdır", - demişdi.

Bəli, biz sərhədçilər də dahi öndərimiz, Ümummilli lider Heydər Əliyevin xatirələrini qəlbində daşıyan, yaşadan cənab Xidmət rəisimizdən ədalətli qərarlar verməyi səbrsizliklə gözləyirik”, - deyə şikayətçilər bildirir.

Sonda o da vurğulanır ki, hərbçilərin qeyd olunan tələbləri yerinə yetirilməsə, valideyinləri yığışıb Prezident Administrasiyasına şikayətə gedəcəklər.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri