Icma.az
close
up
RU

DTX şok faktı açdı: Terrorçular Azərbaycan üzərindən Avropaya…

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.

Hurriyyet.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycana gəlib, digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yaymışdı və daha əvvəl yayılmış məlumatlarda ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edirdi.

Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək, cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edib.

Məhkəmə baxışında olmuş materiallardan görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.

Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilmişdir. Bu faktla bağlı DTX-də cinayət işi ayrılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.

Axar.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri