DTX xaricə getmiş 2 nəfəri həbs etdi │ FOTO
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilmiş, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilmişdir.
Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə getmiş, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılmışdır.
Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:DTX terroru maliyyələşdirən 3 nəfəri həbs etdi
08 Aprel 2025 16:43
DTX 9 nəfəri AXTARIR
09 Fevral 2026 11:34
DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi
03 Oktyabr 2025 17:57
DTX kriminal şəbəkənin rəhbərini həbs etdi FOTO
13 Noyabr 2026 10:25
DTX 4 NƏFƏRİ HƏBS ETDİ Rusiya Ukrayna müharibəsində iştirak ediblər + ADLAR
03 Fevral 2026 11:04
Baxış sayı:89
Bu xəbər 21 Noyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















