DTX kriminal şəbəkənin rəhbərini həbs etdi FOTO
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.
Redaktor.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.
Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı.
Bir müddət sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə dərc edilmiş məlumatların yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı hazırda məlum olur.
Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığı müəyyən edilib.
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.
“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” - məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















