Icma.az
close
up
RU
Dual təhsil modeli: həm oxu, həm işlə Elspert peşə təhsilinin üstünlüklərini AÇIQLADI

Dual təhsil modeli: həm oxu, həm işlə Elspert peşə təhsilinin üstünlüklərini AÇIQLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Son 5-6 il ərzində peşə təhsili istiqamətində yüksələn xətt üzrə inkişaf müşahidə olunur və təbii ki, bu inkişafın təməlində məhz dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi, eyni zamanda peşə təhsilinə dövlət tərəfindən xüsusi diqqət və qayğı dayanır. Təsadüfi deyil ki, əvvəlki illərlə müqayisədə bu il, ümumiyyətlə son illər ərzində peşə təhsilinə kifayət qədər müraciət qeydə alınır".

Bu fikirləri Redaktor.az-a peşə təhsili haqqında danışan təhsil eksperti Elçin Əfəndi səsləndirdi. Onun sözlərinə görə, hazırda ölkəmizdə 79 peşə təhsil mərkəzi fəaliyyət göstərir və ümumilikdə 41 min tələbə 159 peşə ixtisası üzrə təhsil alır. Onların təhsil prosesində 3500 nəfərdən çox pedaqoji heyət iştirak edir.

"Bildiyiniz kimi, ötən ilin dekabr ayında dövlət başçısının müvafiq sərəncamı əsasında 2030-cu ilə qədər 20-dən çox yeni peşə təhsil mərkəzinin yaradılması və iki peşə təhsil mərkəzinin yenidən qurulması ilə bağlı tapşırıq verilib. Bu da onu deməyə əsas verir ki, 2030-cu ilə qədər ölkədə peşə təhsil mərkəzlərinin sayı 100-ə çatdırılacaq. Əlbəttə ki, peşə təhsilinin üstünlükləri çoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, hər hansı bir şəxs 2-3 il orta ixtisas təhsili və ya 4 il ali təhsil aldıqdan sonra əmək bazarında iş tapmaqda müəyyən çətinliklərlə üzləşir. Peşə təhsili istiqamətində isə bir çox ixtisaslar üzrə təhsil alan şəxslər daha erkən əmək fəaliyyətinə başlamaq imkanı əldə edir. Məsələn, aşpazlığı, gözəllik ustalığını, qaynaqçını, elektriki, xidmət təsərrüfatı istiqaməti üzrə ixtisasları, kompüter sahəsini bitirənlər qısa müddət ərzində əmək fəaliyyətinə başlayır. Bəziləri maksimum bir il ərzində, xüsusilə də 11 illik təhsil bazası ilə qəbul olunanlar, 9 illik təhsil bazası ilə daxil olanlar isə 2 il ərzində peşə təhsilini bitirərək iş həyatına qoşulur. Eyni zamanda peşə təhsilində dual təhsil modeli tətbiq olunur. Bu model çərçivəsində tələbələr həm əmək fəaliyyətinə cəlb olunur, həm də ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirir. Onlar müvafiq müəssisələrdə istehsalat təcrübəsi keçir və həmin müəssisələrdə işə başlamaq imkanı qazanır", - deyə müsahibimiz əlavə etdi.

Elçin Əfəndi qeyd etdi ki, peşə təhsilinin bir çox üstünlükləri var və cəmiyyət bu üstünlüklərdən mütləq faydalanmalıdır:

"Respublikanın müxtəlif bölgələrində müasir innovasiyalara və beynəlxalq standartlara cavab verən peşə təhsil mərkəzləri yaradılır. Hətta bəzi peşə təhsil mərkəzləri istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən daha geniş əraziyə və daha müasir infrastruktura malikdir. Bütün bunlar göstərir ki, dövlət tərəfindən peşə təhsilinə xüsusi diqqət və qayğı var. Bununla belə, cəmiyyətdə hələ də müəyyən stereotiplər qalmaqdadır və bu stereotipləri tam aradan qaldırmaq mümkün olmur. Cəmiyyət bəzən peşə təhsilinə yetərincə ciddi yanaşmır.

Bu vəziyyət əvvəlki dövrlərdə peşə təhsilinə marağın və diqqətin az olması ilə bağlıdır. Son illərdə dövlət tərəfindən bu sahəyə yatırımların artması və diqqətin gücləndirilməsi isə tədricən bu istiqamətə marağı artırır. İnsanlar hələ də ali təhsil almaqda maraqlı qalır. Lakin nəzərə almaq lazımdır ki, məsələn, 150 və ya 250 balla hər hansı ixtisasa qəbul olub 4 il vaxt sərf etdikdən sonra iş tapa bilməməkdənsə, peşə təhsili istiqamətində 6 ay, 1 il və ya maksimum 2 il təhsil alaraq daha erkən əmək fəaliyyətinə başlamaq daha çox üstünlük qazandırır. Bu amilləri nəzərə alaraq hesab edirəm ki, vətəndaşlar peşə təhsilinə daha çox maraq göstərməlidir. Xüsusilə bölgələrdə yaşayan insanlar peşə təhsili almalı, həm öz inkişaflarına, həm də yaşadıqları ərazinin və rayonun inkişafına töhfə verməlidirlər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri