Icma.az
close
up
RU
Ekspert yeni BakıSumqayıt marşrutunun əsas üstünlüklərini AÇIQLADI

Ekspert yeni BakıSumqayıt marşrutunun əsas üstünlüklərini AÇIQLADI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutlar fəaliyyətə başlayıb. Bu nəqliyyat vasitələri Sumqayıt Avtovağzalı - “20 Yanvar” və əks istiqamətdə hərəkət edəcək. Gediş haqqı 0,80 qəpik müəyyən olunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, qanuni sərnişindaşımanın təşviqi sərnişinlərə daha keyfiyyətli xidmət təklif etməyə imkan yaradır:

"20 Yanvar ərazisində uzun müddət qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslər əraziləri zəbt edərək, nizamsızlıqlar yaradıblar. Avtomobil, mikroavtobus kimi nəqliyyat vasitələri həmin yerləri doldururdu. Bu səbəbdən də qanuni sərnişin daşınması üçün hər hansı bir dayanacaq, sərnişinlər üçün yerlərin təşkil olunması çox çətin idi. Artıq Sumqayıt-Bakı və əks istiqamətdə sərnişinlər üçün yeni ekspress avtobus marşrutları fəaliyyət göstərir. Bu marşrutların əsas üstünlükləri sərnişinlərin mənzil başına daha tez çatmasını təmin edən qısa və sürətli hərəkət qrafikidir. Nəqliyyat vasitələri müasir və komfortlu olmaqla yanaşı, yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanıb".

Ekspertin sözlərinə görə, qeyri-qanuni avtobusların fəaliyyətinin dayandırılması hələ mümkün görünmür:

"Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə tövsiyəmiz odur ki, onlar öz fəaliyyətlərini rəsmiləşdirsinlər, icazə vərəqələri alaraq qanunlara uyğun şəkildə çalışsınlar. Bu, müasir sərnişindaşıma tələblərinə cavab verən bir sərnişindaşımanın təşkilinə imkan yaradacaq".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri