Icma.az
close
up
RU
Dubay yıxıldı: əmlak su qiymətinə KONKRET

Dubay yıxıldı: əmlak su qiymətinə KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnvestorlar kapitallarını Sinqapurla Honkonqa köçürür, avropalılar isə Türkiyə, Tayland və Kipr kimi alternativlərə üz tuturlar

Dubayda daşınmaz əmlak 2026-cı ildə dəyərinin 70%-ə qədərini itirə bilər.

KONKRET.az ruinformer.com-a istinadən xəbər verir ki, Dubay daşınmaz əmlak “balonu” artıq tam və geri dönməz şəkildə partlayıb.

Son beş gün ərzində Dubayın daşınmaz əmlak birja indeksi 20% düşərək 2025-ci ildə əldə olunan bütün artımı silib. Sayt yazır ki, bu dramatik ifadələrin arxasında isə təkcə Birləşiş Ərəb Əmirliklərin daşınmaz əmlak bazarını deyil, həm də qlobal kapitalın coğrafiyasını dəyişdirən bir böhran kimi qiymətləndirir.

Əmlak sahibləri üçün əsas problem ondadır ki, Dubayda 20%-lik endirim belə alıcıları cəlb etmir. Tələb demək olar ki, yoxdur. Heç kim yaxın aylarda daha 30-50% dəyər itirə biləcək əmlakları almaq istəmir. Bu, düşən bazarın klassik tələsidir: qiymət nə qədər düşürsə, alıcılar bir o qədər azalır, çünki hamı “dibi” gözləyir.

20%-lik endirim istənilən bazar üçün böyük güzəştdir. Amma investorlar gələcəkdə qiymətlərin 50-70% düşəcəyini proqnozlaşdıranda, 20%-lik endirim belə tələ kimi görünür.

Daşınmaz əmlak bazarı üzrə ekspertlərin çoxu belə hesab edir ki, İranla münaqişə uzanarsa və BƏƏ ərazisinə zərbələr davam edərsə, Dubayda qiymətlər 2026-cı ilin yayına qədər ən azı 50% düşə bilər. Müharibə yarım il və ya daha çox davam edərsə, düşüş 60-70%-ə çata bilər — 2008-2009-cu illərdə olduğu kimi- amma bu dəfə sürətli bərpa olmadan.

2008-2009-cu illərlə müqayisə maraqlıdır: o vaxt Dubay böyük çöküş yaşadı, lakin sonradan bərpa olundu. Buna səbəb neft pulları, dövlət dəstəyi və qlobal iqtisadi artım idi. Bu gün isə vəziyyət fərqlidir: geosiyasi gərginlik müvəqqəti deyil, böhran xarakterlidir. Bərpa üçün sabitlik lazımdır, amma hazırda belə sabitlik vəd edən yoxdur.

Bildirilir ki, Dubay artıq demək olar ki, boşalıb. Küçələr, ticarət mərkəzləri, restoranlar, çimərliklər — hər yerdə boşluq hiss olunur. Şəhəri ilk tərk edənlər pul sahibi insanlar oldu.

Şərqi Asiyadan olan investorlar kapitallarını Sinqapur və Honkonqa köçürür. Avropalılar və ruslar isə Türkiyə, Tayland və Kipr kimi alternativlərə üz tuturlar.

Bu vəziyyət sadəcə iqtisadi geriləmə deyil, sosial böhran təsviri yaradır. Təkcə investorlar yox, xidmət sektoru da şəhəri tərk edəndə bu o deməkdir ki, iqtisadiyyat kritik kütləsini itirir. Birjanın 20% düşməsi maliyyə göstəricisidir. Boş küçələr isə ondan daha qorxulu sosial göstəricidir.

İnvestorlar aktivlərini bazar qiymətindən aşağı satmağa başlayıblar. Çıxarılan kapitalın həcmi artıq 1,2 trilyon dollar qiymətləndirilir.

Müqayisə üçün: 2025-ci ildə Rusiyanın ÜDM-i təxminən 2 trilyon dollar olub. Yəni bir şəhərdən çıxarılan kapital bu rəqəmin 60%-inə bərabərdir.

Hörmüz boğazının bağlanması riski, logistika problemləri və ərzaq çatışmazlığı təhlükəsi Dubayı yüksək risk zonasına çevirib. Dünya neftinin 20-30%-i məhz bu boğazdan keçir. Əgər bu arteriya bağlanarsa, bu təkcə BƏƏ üçün deyil, bütün dünya iqtisadiyyatı üçün şok olar.Dubay isə xüsusilə həssasdır: şəhər demək olar ki, bütün ərzaq və malları idxal edir. Logistika dayanarsa, şəhərin normal fəaliyyəti çətinləşir.

Münaqişə tez bitsə belə, Dubay əvvəlki səviyyəyə qayıtmaqda çətinlik çəkə bilər. Şəhər İran və Səudiyyə Ərəbistanı arasında, dünyanın ən həssas dəniz keçidlərindən birinə yaxın yerləşir.

İnvestorların uzun illər inandığı “əbədi sabitlik” və “təhlükəsiz liman” imici bir neçə gün ərzində sarsılıb. Bu reputasiya onilliklər ərzində qurulmuş qeyri-maddi aktiv idi. Onu dağıtmaq bir neçə gün çəkə bilər, bərpa etmək isə bəzən onilliklər tələb edir.

Dubayı sanksiyalardan və böhranlardan qaçış yeri kimi görən ruslar bu dəfə də uduzdular. Sabit dövrlərdə belə sistemlər sürətli inkişaf və aşağı vergilər yaradır. Amma böhran zamanı investorların hüquqlarını qoruyan güclü institutlar olmayanda kapital daha təhlükəsiz ölkələrə köçür.

Hörmüz boğazı təhlükədən çıxmayınca və investorların etimadı bərpa olunmayınca, Dubay bazarının əvvəlki gücünə qayıtması çətin görünür.

Hazırda isə mənzərə belə təsvir olunur: boş göydələnlər, boş çimərliklər və bir vaxtlar “Dubay möcüzəsi” adlandırılan modelin ağır sınağı…\\Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri