Dubaya gedənlərin DİQQƏTİNƏ! Bu səbəbdən həbs oluna bilərsiniz Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Dubayda turist qanunu pozduğu üçün həbslə təhdid edilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dən olan turist Dubayda internetdə mənfi rəy yazdığı üçün həbs təhdidi edilib.
Məlumata görə, Nyu-York ştatından olan 33 yaşlı Kreyq Ballentayn dostlarını ziyarət etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə gəlib.
Bir it salonunda heyvan bərbəri kimi işə düzəlib və bu vəzifədə təxminən yarım il işləyib. İşəgötürənlə problemləri yarandıqdan sonra o, internetdə salonla bağlı mənfi rəy yazıb.
Qısa müddət sonra Dubay polisi Ballentaynı saxlayıb. Yerli hüquqşünaslar amerikalıya işin bağlanması ehtimalının praktiki olaraq sıfıra bərabər olduğunu bildiriblər.
"BAE-də yaxın zamanda qəbul edilən kibercinayət qanunları əcnəbilər üçün kabusdur. Şikayətçinin polisə birinin təhqiramiz və ya kobud bir şey paylaşdığını deməsi kifayətdir," deyə hüquq müdafiə təşkilatı "Dubayda Həbs Olunanlar"ın (Detained in Dubai) nümayəndəsi Radha Sterlinq bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















