“ABŞ bizi daha dərindən anlayır” “Rusların yaşadığı ərazilər Rusiyanın olmalıdır”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
"Ukraynaya dair ABŞ ilə son təmaslar amerikalıların Rusiyanın mövqeyini daha dərindən anladıqlarına "ümid verir".
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İranın Dövlət Televiziyasına verdiyi müsahibədə deyib.
O, ABŞ-nin Ukraynanın NATO üzvü olmayacağına razılaşdığını və həmçinin işğal olunmuş ərazilərin Rusiyaya verilməsini asanlaşdıracağına söz verdiyini bildirib: "İndi biz (müharibənin) ilkin səbəblərini həll etməliyik və amerikalıların bunu başa düşməsi yaxşıdır. Onlar açıq şəkildə bildiriblər ki, (Ukrayna üçün)NATO ola bilməz və rusların əsrlər boyu yaşadığı torpaqlar yenidən Rusiyanın olmalıdır".
Qeyd edək ki, Lavrovun bu məntqindən çıxış etsək, Rusiya Qazaxıstandan Pribaltikaya qədər bir çox ölkələrə qarşı “rusların əsrlərlə yaşaması” bəhanəsilə ərazi iddiası irəli sürə bilər.
Lavrov Rusiyanın digər tələbləri arasında Ukrayna Pravoslav Kilsəsinin və Ukraynada rus dilinin "hüquqlarının bərpası"nı da qeyd edib.
O, həmçinin Rusiyanın hazırkı Avropa rəhbərliyi ilə "müzakirə edəcək bir şeyinin olmadığını" deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiya və Ukraynanın müharibəyə son qoymaq üçün razılaşma bağlamaq "ərəfəsində olduğunu", lakin Moskvanın güzəştə getməyəcəyi şərtlərin qaldığını bildirmişdi. Bunlar işğal olunmuş beş bölgəyə nəzarət və Ukraynada NATO qoşunlarının mövcudluğu ilə bağlıdır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















