Icma.az
close
up
RU
Dubayda 24 cü beynəlxalq Hava Limanları Sərgisi başlayır

Dubayda 24 cü beynəlxalq Hava Limanları Sərgisi başlayır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 6 may, AZƏRTAC

Mayın 6-da Dubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır. Tədbirdə aviasiya sektorunun mütəxəssisləri, hava limanı operatorları və bu sektorun digər nümayəndələri ilə yanaşı, yüksəksəviyyəli hökumət rəsmiləri də iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, mayın 8-dək davam edəcək tədbirə otuzdan çox ölkədən 6 mindən çox nümayəndə qatılacaq.

Yaxın Şərq, Afrika və Cənubi Asiya regionlarında hava limanları sektoru üçün böyük biznes platforması sayılan sərgi hava limanlarının gələcəyini formalaşdıran yeniliklər və texnologiyalar, o cümlədən sərnişin təcrübəsinin yaxşılaşdırılması, hava limanlarında nəqliyyatın idarə olunması, karbon emissiyalarının azaldılması və davamlılıq, rəqəmsal transformasiya sahələrində innovasiyalarla tanışlıq imkanı verəcək.

Sərgidə iyirmidən çox ölkədən 140-dan çox qurum nailiyyətlərini bölüşəcəklər. Tədbir çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, müqavilələr imzalanacaq.

İştirakçılar arasında Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Xorvatiya, Cibuti, Misir, Qana, Hindistan, İraq, İtaliya, İordaniya, Keniya, Küveyt, Livan, Malavi, Malayziya, Maldiv adaları, Mərakeş, Nigeriya, Oman, Pakistan, Qətər və digər ölkələr var.

Sərgidə tikilməkdə olan iki böyük hava limanı layihəsi barədə danışılacaq. Bunlardan biri BƏƏ-də ildə 260 milyon sərnişin qəbul edə biləcək və otuz beş milyard dollar dəyərində olan Al Məktum Beynəlxalq Hava Limanının genişləndirilməsi layihəsi, digəri isə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 2030-cu ilə qədər 300 milyon sərnişin qəbul edə biləcək və əlli milyard dollar dəyərində tikilməkdə olan nəhəng hava limanı layihəsidir.

Sərgi çərçivəsində “Hava limanları rəhbərlərinin Qlobal Forumu”, “Yaxın Şərqdə aviasiyada Qadınlar Konfransı”, “Yaxın Şərq hava limanlarında Təhlükəsizlik Forumu” və “Hava hərəkətinə nəzarət Forumu” tədbirləri keçiriləcək. Bu kontekstdə baş tutacaq otuzdan çox sessiyada təxminən 70 aviasiya rəhbəri və mütəxəssisi iştirak edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 03:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri