Icma.az
close
up
RU
Dublla debüt edən Coşqun Diniyev: “Belə olacağını heç özüm də gözləmirdim”

Dublla debüt edən Coşqun Diniyev: “Belə olacağını heç özüm də gözləmirdim”

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyevin futbolinfo.az saytına müsahibəsi

– “Bandırmaspor”dan Türkiyənin digər I Liqa klubu “Çorum”a keçidiniz ani oldu. Bu keçid necə baş verdi? Komandanızı dəyişmək istəyi hansı səbəbdən yarandı?

– Keçin 3 gün ərzində baş verdi. Bilirsiniz ki, qış “transfer pəncərəsi” fevralın 11-də bağlanır. Bu arada 3 klubdan təklif gəldi. Agentimlə və atamla məsləhətləşdikdən sonra “Çorum” variantı üzərində dayandıq. Sonra klublar öz aralarında razılığa gəlməli idilər. Bu da reallaşdıqdan sonra “Çorum”a transferim rəsmiləşdi.

– Yeni komandanızda debüt matçınız “Yeni Malatyaspor”a qarşı oldu və çox uğurlu alındı. 2:0 hesablı qələbə qazandınız, üstəlik, hər iki qola siz imza atdınız…

– Belə olacağını heç özüm də gözləmirdim. Fevralın 10-da “Çorum”la müqavilə bağlayaraq məşqə çıxdım. Bir gün sonra isə gözlənilmədən mənə əsas heyətdə oynayacağımı dedilər. Əlbəttə ki, çox xoş hisslər keçirdim. Həm debüt oyunuma çıxmağım, həm də ilk matçımda komandama kömək edə bilməyim məni sevindirdi.

– Yaxşı başlanğıc edə bildiniz və bundan sonra “Çorum” azarkeşləri sizdən daha çox şey gözləyəcəklər. Uğurlu startın ardını növbəti matçlarda da gətirə biləcəksiniz?

– Futbol proqnozu sevmir. Necə olacağını bilmirəm. Amma çalışacağam ki, mənə olan ümidləri doğruldum.

– Hamıya məlumdur ki, “Çorum” Superliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Bu missiyanın öhdəsindən gəlməyi bacaracaqsınız?

– Türkiyə I Liqası çox çətin liqadır. Bu mövsüm mübarizə daha da çətinləşib. Çünki təxminən 10-12 komanda Superliqaya vəsiqə qazanmaq uğrunda yarışır. Turnir cədvəlində komandalar arasındakı xal fərqinin az olması da bunu təsdiqləyir. İlk “7-lik”də yer almağa çalışacağıq. Bilirsiniz ki, 1-2-ci yerləri tutan komandalar Superliqaya birbaşa vəsiqə qazanırlar. “7-lik”də yer alan digər komandalar isə pley-off matçlarında iştirak etmək hüququ əldə edirlər.

– Növbəti mövsümdən Azərbaycan çempionatında legioner limiti ləğv olunacaq. Sizcə, bu qərar legioner həyatı yaşayan futbolçularımızın sayını artıra bilərmi?

– Çətin sualdır. Amma mənə elə gəlir ki, bu qərardan sonra həm yerli futbolçular, həm də milli komanda üçün çətin olacaq. Sanki yerli oyunçular artıq öz ölkəmizdə də legioner olacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri