Icma.az
close
up
RU
Dumada şok qanun: Rusiya istənilən ölkəyə qoşun yeridə bilər

Dumada şok qanun: Rusiya istənilən ölkəyə qoşun yeridə bilər

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya prezidentinə xaricdə məhkəmə qərarı ilə həbs olunan rusiyalıları müdafiə etmək üçün ordudan və xüsusi qüvvələrdə istifadə hüquq verilir

Hökumət Dövlət Dumasına xarici məhkəmələr tərəfindən xaricdə həbs edilən rusları qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, layihəyə əsasən, Rusiya prezidenti xaricdə məhkəmələrin qərarı ilə həbs olunan və ya mühakimə edilən ölkə vətəndaşlarını müdafiə etmək üçün ordudan istifadə edə biləcək.
Dövlət Dumasına təqdim olunan sənəd prezidentə və digər dövlət orqanlarına belə səlahiyyət verir: əgər Rusiya vətəndaşları Moskvanın qanunsuz saydığı məhkəmələrin qərarı ilə xaricdə həbs olunarsa, onların müdafiəsi üçün istənilən tədbirlər görülə bilər. Duma sədri Vyaçeslav Volodin bildirib ki, təşəbbüsdə məqsəd “dost olmayan dövlətlərin hərəkətlərindən vətəndaşların hüquqlarını qorumaqdır”. Dövlət orqanları prezidentin qərarı ilə xaricdə həbs olunmuş vətəndaşların müdafiəsi üçün tədbirlər görməyə borclu olacaq. Sənəddə Rusiya Silahlı Qüvvələrinin “eksterritorial istifadəsi” mümkünlüyü də vurğulanır. 
Maraqlıdır, sənədin müəllifləri bunu necə görürlər. Dost olmayan bir dövlətin paytaxtına desant çıxarmaq? Xüsusi təyinatlı qüvvələrin əməliyyatı? Siyasi analitik Kirill Ozimkonun sözlərinə görə, xaricdə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı vəziyyət heç vaxt bu günkü qədər kəskin olmayıb: “rusiyalıların təqib halları yalnız son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Buna görə də, indi bir çox Qərb ölkəsində olmaq bizim üçün təhlükəlidir. Orada rusofobiyanın yüksək səviyyəsi ilə vəziyyət hətta vətəndaşlarımıza qarşı kütləvi repressiyalara çevrilə bilər. Prezident tədbirləri, eləcə də silahlı qüvvələrin nə vaxt istifadə olunmalı və nə vaxt istifadə olunmamalı olduğunu müəyyən edəcək. Bunun praktikada necə işləyəcəyini demək çətindir. Formal olaraq, qanun həmvətəndaşların hərbi yolla azad edilməsinə imkan verəcək. Lakin bu cür tədbirlər, əlbəttə ki, həddindən artıqdır. Qanun layihəsi, ilk növbədə, Qərbə siyasi siqnal, qətiyyət nümayişidir”.
“Beynəlxalq hüquq baxımından bu cür əməliyyatlar nə dərəcədə qanuni ola bilər” sualına ekspert belə cavab verib: “Beynəlxalq münasibətlərdə vətəndaşlar xaricdə təhlükə altında olduqda təxliyə edilməsi praktikası mövcuddur. Zərurət yarandıqda güc tətbiq olunur. Məsələn, humanitar müdaxilə — soyqırımın qarşısını almaq üçün başqa bir dövlətə hücum kimi bir anlayış da var. Buna görə də biz də bu cür qanunları qəbul etməkdən və dünyanın istənilən yerində vətəndaşlarımızı qorumaqda qətiyyətlilik göstərməkdən çəkinməməliyik. "Bu, yaxşı bir təşəbbüsdür. Digər bir məsələ isə, əsasən siyasi rəqiblərimizi qorxutmaq məqsədi daşıyır", - deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov bildirib.

“Novaya qazeta”nın sorğuladığı ekspertlər də hesab edirlər ki, bu sənədin məqsədi hüquqi deyil, daha çox psixolojidir.Hüquqşünaslar bu təşəbbüsü “informasiya səs-küyü” adlandırır Ekspertlərə görə, bu, daha çox formal xarakter daşıyan və real tətbiq üçün nəzərdə tutulmayan qanundur. Hüquqşünaslar bildirir ki, belə qanunlar çox vaxt praktik mexanizm deyil, daha çox təzyiq alətidir. Ekspertlərin fikrincə, bu təşəbbüs real hərbi mexanizm deyil, daha çox psixoloji və siyasi mesajdır, beynəlxalq strukturlara və digər ölkələrə yönəlmiş xəbərdarlıq xarakteri daşıyır./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri