Icma.az
close
up
RU
Rusiya Moldovaya qoşun yeridə bilərmi? AÇIQLAMA

Rusiya Moldovaya qoşun yeridə bilərmi? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moldovanın Dnestr çayı sahilində yerləşən Dnestryanı (Transdnestr) bölgəsi 1990-cı illərin əvvəllərində birtərəfli qaydada müstəqilliyini elan edib və o vaxtdan bəri de-fakto müstəqil olaraq fəaliyyət göstərir. 2024-cü ilin dekabr ayında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Dnestryanı bölgəsində yaşayan Rusiya vətəndaşlarını və sülhməramlılarını qorumaq üçün tədbirlər görəcəklərini bəyan edib.
2025-ci ilin yanvar ayında Rusiya, Moldovaya qaz tədarükünü dayandıracağını elan edib. Bu qərar, Moldova hökuməti tərəfindən siyasi təzyiq kimi qiymətləndirilib və ölkədə enerji çatışmazlığına səbəb olub. 2025-ci ilin fevral ayında Rusiyanın Ukraynanın Dunay çayı yaxınlığındakı limanlarına etdiyi hücumlar zamanı bəzi pilotsuz uçuş aparatları (PUA) Moldovanın hava məkanını pozub və ölkə ərazisinə düşüb. Bu insidentlərdən sonra Moldova və qonşu Rumıniya Rusiyanın səfirlərini çağıraraq etirazlarını bildiriblər. 
SSRİ-nin dağılmasından sonra postsovet məkanında bir çox separatçı bölgələr formalaşdı. Xüsusilə Qafqaz regionunda Abxaziya və Cənubi Osetiya kimi bölgələr meydana gəldi. Analoji vəziyyət Moldovada da yaşandı və nəticədə Dnestryanı bölgəsi özünü müstəqil elan etdi. Hazırda bu bölgənin statusu və gələcəyi yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.
Maraqlıdır, Rusiya Moldovaya qoşun yeridə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İbrahim Xəlil bildirib ki, Moldova və Dnestryanı bölgədə də bəzi problemlər mövcuddur:
“Rusiya orada öz təsirini qorumağa çalışır.  Əgər qonşuluğunuzda qaydalara əməl etməyən, beynəlxalq hüquq normalarını nəzərə almayan güclü bir dövlət varsa, siz də müvafiq tədbirlər görməyə məcbursunuz. SSRİ-nin kapitalist dövlətləri ilə bəzi hərbi əməkdaşlıqları var idi.  Finlandiyanın o dövrdə tətbiq etdiyi "Vike-Konen xətti" adlı siyasət buna nümunədir.  Onlar Qərb dövlətləri ilə dost olsalar da, Rusiya ilə qonşuluq münasibətlərini qoruyurdular. Çünki əgər Rusiya birdən hücuma keçsəydi, Qərb onları qorumağa çata bilməyəcəkdi. Azərbaycan isə 1992-1993-cü illərdə Rusiya qoşunlarını ölkədən çıxaran yeganə dövlət oldu. Amma həmin qoşunlar Gürcüstan və Ermənistan üzərindən yenidən Qarabağa daxil oldular. Rusiya faktiki olaraq 2024-cü ildə tamamilə Azərbaycanı tərk etdi. Sovet dövründən bəri Azərbaycan ərazisində rəsmi və ya qeyri-rəsmi Rusiya qoşunları mövcud olub.  Dövlət idarəçiliyi məsələlərə daha ağıllı və strateji yanaşma tələb edir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar sıravi vətəndaşlara ciddi təsir etmir. Çünki Rusiya xalqı çətin şəraitdə yaşamağa öyrəşib. Əgər sanksiyalar zənginləri hədəfə alırsa, onların sərvəti azalır, lakin bu, ciddi bir dəyişikliyə səbəb olmur. Rusiya üçün insan itkisi də o qədər əhəmiyyətli deyil”.
Politoloq onu da qeyd edib ki,Moldova və Ukrayna dövlətləri tarixi baxımdan Rusiyanın təsiri altında formalaşıb:
“Moldova əslində Osmanlı dövründə Valaxiya bölgəsi idi. Rumıniya belə 1877-78-ci illərdə San-Stefano müqaviləsi ilə Rusiyanın təsiri altında yaranmışdı.  Lakin bu gün həmin ölkələr özlərini tam müstəqil və fərqli mövqedə görməyə çalışırlar. Ukrayna-Rusiya münaqişəsi xüsusilə Donald Tramp hakimiyyətə gəldikdən sonra fərqli mərhələyə keçdi. ABŞ senatoru Marko Rubio açıq şəkildə bunun bir proksi müharibə olduğunu etiraf edib. Yəni, ABŞ və Qərb dövlətləri Ukraynanı Rusiya ilə döyüşdə vasitə kimi istifadə edir. Sabah Rusiya Nikolaev və Odessa vilayətlərini ələ keçirdikdən sonra Moldova tamamilə müdafiəsiz qalacaq.  Belə bir vəziyyətdə Moldovanın Rusiyaya qarşı müqavimət göstərməsi real görünmür.  Moldova rəhbərliyi Qərbin maraqlarına xidmət edən bir idarəetmə formalaşdırıb. Prezident Maya Sandunun hakimiyyəti qərbin dəstəklədiyi komprador rejim nümunəsidir. Onlar yalnız xarici maraqlara xidmət edir və öz ölkələrinin mənafeyini ikinci plana atırlar. Hazırda regiondakı vəziyyət gərgin olaraq qalır”. 
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Mart 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri