Dumana görə 50 maşın toqquşdu: 11 ölü, 48 yaralı VİDEO
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Bolqarıstanın “Trakiya” avtomagistralında baş verən iki zəncirvari yol qəzası nəticəsində 11 nəfər həlak olub, 48 nəfər yaralanıb.
“Bakupost” xəbər verir ki, bu barədə Bolqarıstanın “Nova” nəşri ölkənin Baş naziri Rumen Radevə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin cənub-şərqində, Zimnitsa–Draqantsi yol qovşağı yaxınlığında baş verən qəzalarda 70-dən çox minik və yük avtomobili, həmçinin avtobuslar toqquşub. İlkin ehtimala görə, qəzalara qatı duman səbəb olub. Şahidlərin sözlərinə görə, yolda görünüş məsafəsi qəfil 70–80 metrdən 10 metrə qədər azalıb.
Nəşr yazır ki, ilk qəza yerli vaxtla saat 07:10 radələrində Burqas istiqamətində baş verib. Bir neçə dəqiqə sonra isə avtomagistralın Sofiya istiqamətində ikinci zəncirvari toqquşma qeydə alınıb.
Hadisə yerinə dörd vilayətdən polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib. Ağır yaralıların Sofiyadakı xəstəxanalara çatdırılması üçün hökumət və hərbi-nəqliyyat təyyarələri ayrılıb.
Qəzalar səbəbindən “Trakiya” avtomagistralında hərəkət hər iki istiqamətdə dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















