“Altayşünaslığın dünəni, bu günü və sabahı” Bakıda mühüm simpozium
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində elmi panellər təşkil olunub.
525.az-a İnstitutdan bildirilib ki, “Altayşünaslığın dünəni, bu günü və sabahı” mövzusuna həsr olunmuş simpoziumun həmin gün üzrə elmi proqramında 4 zalda 20 oturum keçirilib, ümumilikdə 80 məruzə dinlənilib.
Panel iclaslarında altayşünaslıq və türkologiyanın müxtəlif istiqamətləri, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru, mifologiyası, mədəniyyəti, siyasi və mədəni əlaqələri, eləcə də Altay araşdırmalarının müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Simpoziumda ümumilikdə 15 ölkəni – Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasını təmsil edən alim və tədqiqatçılar iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















