Icma.az
close
up
RU
Dünya Azərbaycanın sülh gündəliyini alqışlayır

Dünya Azərbaycanın sülh gündəliyini alqışlayır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəfər qüruru, güc nümayişi, dost sevinci

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bu müharibədə Azərbaycan təkcə işğalçı Ermənistanı məğlub etmədi, həm də ikili standartlar ortaya qoymaqla bu ölkənin müdafiəsinə qalxan xarici güclər və dünya erməniliyi üzərində qələbə çaldı. Qələbəni heç kim bizə hədiyyə etməyib, onu Müzəffər Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız misilsiz şücaətləri ilə qazanıblar. Buna görə də tariximizdə əbədi qalacaq Qələbənin sevincini yaşamağa xalqımızın mənəvi haqqı var.

Azərbaycan şanlı Zəfərimizin 5 illiyini noyabrın 8-də Azadlıq meydanında keçirilən əzəmətli hərbi paradla təntənəli şəkildə qeyd etdi. Paradda müxtəlif qoşun növlərinin, o cümlədən də xüsusi təyinatlıların keçidi baş tutdu, ordumuzun silahlanmasına cəlb olunan müasir silahlar nümayiş etdirildi, şahinlərimiz əsrarəngiz çıxışlar etdilər. Parada, həmçinin qardaş ölkələrin - Türkiyənin və Pakistanın hərbiçiləri qatıldılar. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Qələbəmizin tarixinə ekskurs etməklə bir sıra mesajlarını da diqqətə çatdırdı.

Parad bir tərəfdən xalqımızın Qələbə sevincinin ifadəsi idi. Digər tərəfdən də, dünya Azərbaycanın gücünün bir daha şahidi oldu. Bir çoxları düşünürdülər ki, Azərbaycan Vətən müharibəsindəki Qələbə ilə kifayətlənəcək, daha Ordusunun gücləndirilməsi qayğısına qalmayacaq. Belə olmadı, müharibə başa çatandan sonra da Azərbaycan dayanmadı və ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ordu quruculuğunun yeni mərhələsi başladı. Parad bir daha göstərdi ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclü və qüdrətlidir. 

Azadlıq meydanında keçirilən hərbi parad daha bir reallığı ortaya qoydu. Bu reallıq da güclü orduya və güclü Liderə malik Azərbaycanın dünyada qazandığı böyük nüfuzdur. Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, bir sıra digər ölkələrdən gələn  yüksəksəviyyəli qonaqlar da iştirak etdilər. Bu sırada Slovakiya Baş nazirinin müavini - müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin  müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın  müdafiə naziri, Özbəkistanın müdafiə  nazirinin  müavini və başqaları yer alırdılar. Bu o deməkdir ki, dost ölkələr Azərbaycanın ədalətli müharibədə qazandığı Qələbəyə sevinirlər və dünya ölkəmizin sülh gündəliyini qəbul edir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri