Dünya Bankı Abşeron göllərinin bərpasına qrant ayırdı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Qaynarinfo xəbər verir ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək.
Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.
Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadiəsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki -iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır və 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 24 Sentyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















