Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya Bankı (DB) neftin qiyməti ilə bağlı proqnozunu endirib.
"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Bildirilib ki, 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır. Bu da 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Başqa sözlə, Dünya Bankı mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Belə ki, Bankın mart ayı üzrə proqnozu müvafiq olaraq 72 və 71 dollar təşkil edib.
Qeyd edilib ki, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.
Dünya Bankının analitiklərinin hesablamalarına görə, qlobal neft təklifinin 2025-ci ildə günlük 1,2 milyon barel artacağı gözlənilir. Bu da 2024-cü ildəki artımın təxminən ikiqatıdır və bununla qlobal istehsal günlük 104,2 milyon barel səviyyəsinə çataraq bütün zamanların ən yüksək göstəricisinə yüksələcək. 2026-cı ildə isə bu göstəricinin əlavə 1,0 milyon barel artacağı proqnozlaşdırılır. Baza ssenarisinə əsasən, geopolitik hadisələrdən qaynaqlanan əlavə təchizat pozuntularının olmayacağı və OPEC+ daxilində razılaşdırılmış kvotalara əməl edilməklə daxili birliyin qorunacağı güman edilir.
"Enerji qiymətlərindəki dalğalanmaların son illərdə inflyasiyada ciddi dəyişikliklərə səbəb olduğu bir şəraitdə, neft qiymətlərinin gözlənilən azalma tendensiyası proqnoz dövründə ümumi qiymət təzyiqlərini zəiflədəcək. Enerji qiymətlərinin enməsi, 2025-ci ildə qlobal istehlak qiymətləri inflyasiyasını 0,35 faiz bəndi azaldacaq" - hesabatda əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















