Icma.az
close
up
RU
Dünya Bankı ilə bu yaxınlarda Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi üzrə yeni kredit sazişi imzalanacaq

Dünya Bankı ilə bu yaxınlarda Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi üzrə yeni kredit sazişi imzalanacaq

Icma.az bildirir, Report.az portalına istinadən.

Yaxın günlərdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi ilə bağlı layihənin (AESP) əlavə maliyyələşdirilməsi üzrə saziş imzalanacaq.

“Report” Dünya Bankına istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayında özünüməşğulluq proqramının genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə təsdiq edilib.

Əlavə maliyyələşdirmə Azərbaycanın özünüməşğulluq proqramını dəstəkləməyə davam edəcək və iqtisadi fəaliyyətin şaxələndirilməsi və şoklara davamlılığın təmin edilməsi üçün istehsal və xidmətlər kimi yeni sektorlara genişləndirilməsini təmin edəcək.

Bundan əlavə, bu maliyyələşdirmə benefisiarlara təkmilləşdirilmiş pul qrantları sxemini sınaqdan keçirmək imkanı verəcək. Bununla onlar öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə edə biləcəklər.

AESP üçün əlavə maliyyələşdirmə, həmçinin Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlar spektrini genişləndirmək imkanlarını təkmilləşdirəcək. Bu yeni dəstək sayəsində agentlik iş yerində təlim, əməkhaqqı subsidiyaları, peşə təlimi və müəyyən peşələr üçün sertifikatlaşdırma haqqının ödənilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Bu proqramların iş axtaranların məşğulluğunu stimullaşdıracağı və onların istehsal, eləcə də xidmət sektorunda məşğulluq imkanlarını artıracağı gözlənilir.

Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində ümumi öhdəlikdən 87,8 milyon ABŞ dolları ayrılıb.

Ötən ilin noyabr ayının sonuna olan məlumata görə, 80 mindən çox müraciət daxil olub ki, bunlardan 29 mindən çox iştirakçı seçilib. 27 mindən çox insan biznes bacarıqları üzrə təlim keçib və təxminən 19 min iştirakçı öz işini idarə etmək üçün aktivlər əldə edib.

Xatırladaq ki, layihə 2020-ci ildə başlayıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin icra müddəti 2029-cu ilin dekabrın 31-dək uzadılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri