Dünya Bankı ilə maliyyə dəstəyi müzakirəsi
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Aprelin 28-də maliyyə nazirinin müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) və “Yaşana bilən Bakı” layihələri üzrə identifikasiya missiyaları ilə görüşüb.
Maliyyə Nazirliyindən bildirilib ki, görüş zamanı Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı və ərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsinin hazırlanması və icrası, eləcə də “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.
Eyni zamanda, “Yaşana bilən Bakı” layihəsi çərçivəsində şəhər infrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığın yaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələli şəkildə həyata keçiriləcəyi qeyd edilib.
Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun Kənd Təsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatı və şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, cari layihələrin icra mexanizmlərinin təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 29 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















