Icma.az
close
up
RU
Dünya Bankı TC GATE layihəsi üçün 372 milyon dollar ayırıb

Dünya Bankı TC GATE layihəsi üçün 372 milyon dollar ayırıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 3 iyun, AZƏRTAC

Dünya Bankının İcraçı Direktorlar Şurası Avropa ilə Asiyanı birləşdirən regional və ticarət marşrutunun Gürcüstan hissəsinin səmərəliliyini və dayanıqlığını artırmağı hədəfləyən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Gürcüstan Əlçatanlığı və Nəqliyyatın Təkmilləşdirilməsi Layihəsi (TC-GATE) üçün 372 milyon dollarlıq maliyyələşdirməni təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bankın məlumatına görə, bu layihə ölkədə dəmir yolu yük daşımalarının həcminin artırılmasını, əsas yol hissələrinin modernləşdirilməsini, eləcə də dəmir yolu və yol qurumlarının məqsədyönlü islahatlarını maliyyələşdirəcək və bununla da dəhliz boyunca mövcud infrastruktur maneələrini aradan qaldıracaq.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, bu investisiyalar Gürcüstana Avropa və Asiyanı birləşdirən mühüm tranzit mərkəzi kimi tam potensialını reallaşdırmağa kömək edəcək, eyni zamanda, artan qlobal ticarət axınları və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti ilə əlaqədar olaraq Trans-Xəzər Nəqliyyat Dəhlizinə artan tələbata cavab verəcək.

O bildirib ki, Dünya Bankı Qrupu, inkişaf tərəfdaşları ilə birlikdə, vacib dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi və idarəetmə institutlarının gücləndirilməsi üçün islahatları dəstəkləməklə Gürcüstana və dəhliz boyunca yerləşən digər ölkələrə daha yaxşı nəqliyyat əlaqələri, daha təhlükəsiz və dayanıqlı nəqliyyat, daha çox iş yeri və güclü iqtisadi imkanlar vasitəsilə vətəndaşlar üçün real faydalar yaratmağa kömək edir.

Dünya Bankının məlumatına görə, genişmiqyaslı TC-GATE layihəsinin ümumi dəyəri 750 milyon dolları keçib. Dünya Bankı Qrupu isə 372 milyon dollar təmin edib, qalan hissəni isə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (AİB) birgə maliyyələşdirəcək. Bu həm Gürcüstanın bağlantı ambisiyalarına, həm də ümumilikdə Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafına güclü çoxtərəfli dəstəyin olduğunu göstərir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri