Icma.az
close
up
RU
Dünya bazarında buğdanın bahalaşmasının Azərbaycana təsiri olacaqmı?

Dünya bazarında buğdanın bahalaşmasının Azərbaycana təsiri olacaqmı?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya bazarında buğdanın qiyməti 5 faiz artaraq bir buşel üçün 7,20 dollara yaxınlaşdı. Bu, 2023-cü ilin iyulundan bəri ən yüksək göstəricidir. Qiymət artımına Rusiya-Ukrayna müharibəsi çərçivəsində Qara dənizdən taxıl tədarükünün daha da pozulacağı ilə bağlı narahatlıqlar səbəb olub. Gərginliyin artması dünyanın əsas buğda ixracatçıları olan Rusiya və Ukraynanın məhsullarını qlobal bazarlara çıxarmaq imkanları ilə bağlı riskləri artırıb. Bu narahatlıqlar xüsusilə yeni məhsul yığımının sürətləndiyi dövrdə güclənib.

Mütəxəssislərin fikrincə, enerji və logistika xərclərinin artması ilə yanaşı, iqlim problemlərinin dərinləşməsi dünya ərzaq bazarında qiymət təzyiqini gücləndirə bilər. Bu vəziyyət xüsusilə idxaldan asılı ölkələr üçün əlavə risk yaradır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, dünya bazarında buğdanın bahalaşması Azərbaycanda un və çörək məhsulları ilə yanaşı, digər ərzaq məhsullarının qiymətlərinə də müəyyən təzyiq yarada bilər. Azərbaycanda ərzaq bazarının xarici tədarükdən asılılığı dünya bazarındakı qiymət dəyişikliklərinin ölkə daxilində daha tez hiss olunmasına səbəb olur: "Buğdanın qiymətinin artması yalnız un və çörəyin bahalaşması ilə nəticələnmir. Taxılın maya dəyərinin yüksəlməsi heyvandarlıq və quşçuluqda yem xərclərini də artırır. Nəticədə ət, süd və digər ərzaq məhsullarının qiymətində də artım yarana bilər. Məlumdur ki, Azərbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Ötən il xaricdən alınan buğdanın böyük hissəsi Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsumlarını xeyli artırıb. Bunun un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır. Unun bir kilosunda 0,20 manata kimi qiymət artımı ola bilər".

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, iqlim dəyişiklikləri, əsas istehsalçı ölkələrdə quraqlıq və anomal istilər, eyni zamanda geosiyasi münaqişələr buğdanın istehsal və ixrac imkanlarını məhdudlaşdıra, nəticədə dünya qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Azərbaycanın buğdaya olan tələbatının əhəmiyyətli hissəsinin idxal hesabına ödənilməsi xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkəmiz üçün də vacib olduğunu göstərir. Bununla belə, dünya bazarında buğdanın bahalaşması daxili bazarda un və çörəyin qiymətinin dərhal eyni səviyyədə artması demək deyil. Mövcud ehtiyatlar, manatın məzənnəsinin sabitliyi və dövlətin bazarı tənzimləmək imkanları bu təsiri müəyyən müddət yumşalda bilər.

İqtisadçı vurğulayıb ki, hazırkı şəraitdə Azərbaycanda çörəyin kəskin bahalaşmasını qaçılmaz hesab etmək düzgün olmazdı. Ancaq quraqlıq, məhsuldarlığın azalması və Qara dəniz regionunda logistika problemləri eyni vaxtda dərinləşərsə, qiymət riskləri yüksələ bilər. Buna görə strateji taxıl ehtiyatlarının qorunması, idxal mənbələrinin şaxələndirilməsi və xüsusilə yerli ərzaqlıq buğda istehsalının artırılması daha böyük əhəmiyyət kəsb edir.

Ekspert hesab edir ki, qiymət artımın mənfi təsirlərini minimuma endirmək üçün bir sıra önləyici tədbirlərin həyata keçirilməsi labüddür: "Fikrimcə, ilk olaraq süni qiymət artımı hallarına qarşı nəzarət mexanizmləri gücləndirilməlidir. Bu sektorlardakı kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi artırılmalıdır. Bazar subyektləri arasında sağlam rəqabət şəraitinin təmin olunması istiqamətində aktiv iş aparılmalıdır. Eyni zamanda sosial həssas əhali qruplarının, o cümlədən təqaüdçülərin, müavinət alanların gəlirlərinə yenidən baxılmaqla inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunmalıdır. Uzaq perspektivdə isə xüsusilə ərzaqlıq buğdaya olan tələbatın daxili imkanlar hesabına təminat səviyyəsinin artırılması istiqamətində iş aparılmalıdır. Hökumət yaxın 5 ildə bu göstəricini 80 faizə çatdırmağı hədəfləyir. Əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın artırılmasına da geniş yer verilməlidir. Bunun üçün kənd təsərrüfatında müasir innovativ həllərin istifadəsi üstünlük təşkil etməlidir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri