Icma.az
close
up
RU
Dünya böyük risklə üz üzə: Böhran olacaq

Dünya böyük risklə üz üzə: Böhran olacaq

Milli.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına əlavə 50% gömrük vergisi tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bu qərar həyata keçirilsə bəzi Çin mallarının ABŞ-yə 104%-ə qədər vergi ilə daxil olması mümkün olacaq. Bu açıqlamadan sonra Çin hökuməti geri addım atmadan cavab verəcəyini bildirib və 10 aprel tarixindən etibarən ABŞ mallarına 34% əlavə vergi tətbiq edəcəyini elan edib.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, ABŞ-nin yeni gömrük vergiləri 9 apreldə qüvvəyə minir. Tramp bu addımı atmaqda məqsədinin ölkəsinin ticarət balansını qorumaq və daha ədalətli müqavilələr əldə etmək olduğunu bildirib. O, bəzi ölkələrin ABŞ ilə razılaşma masasına oturduğunu və bu razılaşmaların ədalətli olacağını qeyd edib.

Çin isə Trampın təhdidlərinə sərt reaksiya verərək bu siyasəti "həddindən artıq yanlış" adlandırıb. Çin Ticarət Nazirliyi əlavə gömrük vergilərinə "sonuna qədər mübarizə aparılacağını" bəyan edib. Çinin Vaşinqtondakı səfiri isə bu addımları "iqtisadi zorakılıq" kimi qiymətləndirib.

Trampın gömrük tarifləri açıqlamasından sonra qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaşanıb. ABŞ və Avropa birjalarında kəskin enişlər olub. Xüsusilə bank səhmlərindəki itkilər investorları daha çox narahat edib. HSBC və Standard Chartered kimi beynəlxalq bankların səhmləri 10%-dən çox dəyər itirib.

Eyni zamanda neft və mis kimi əmtəələrin qiyməti də 15%-dən çox enib. Bu məhsullar qlobal iqtisadi sağlamlığın göstəriciləri hesab olunur və qiymətlərdəki bu cür enişlər böhranın yaxınlaşdığına işarə kimi qəbul edilir.

Bu eniş bazarların gələcəkdə iqtisadi zəifləmə gözləntisinə işarə edir. Çünki əmtəə bazarındakı düşüşlər adətən dünya üzrə tələbin azalacağını göstərir. Bu isə iqtisadi yavaşlamanın əlamətlərindən biri sayılır.

Hazırda bir çox iqtisadçı və mütəxəssis bu prosesin resessiyaya yol aça biləcəyindən narahatdır. Hərçənd ki, resessiya hələ baş verməyib, amma risk əvvəlki dövrlərə nisbətən daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, iqtisadiyyatda ardıcıl iki rüb ərzində ümumi istehsal və ixracın azalmasına resessiya deyilir. Tarixdə çox az sayda qlobal resessiya baş verib. 1930-cu illərdə Böyük İqtisadi Böhran, 2008 maliyyə böhranı və Covid pandemiyası zamanı böyük iqtisadi enişlər yaşanmışdı. Bu hallar dünya iqtisadiyyatı üçün nadir və ağır təcrübələr olub. İndi isə dünya yeni bir risklə üz-üzədir: iqtisadi müharibə qlobal ticarəti yavaşlada, iqtisadi durğunluq yarada bilər.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri