Dünya çempionatına dopinqə görə qatıla bilməyən argentinalı futbolçu İtaliya klubunda
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb.
Oxu.Az B Seriyası təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti ikiillikdir.
Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında hücumçudan götürülən dopinq testləri müsbət çıxdığı üçün 2023-cü ilin payızında iki il müddətinə diskvalifikasiya olunmuşdu.

Premyer Liqanı İtaliya çempionatına dəyişdi
04 Fevral 2025 12:06
15 mindən çox argentinalı azarkeş dünya çempionatına buraxılmayacaq
13 May 2025 16:52
Erik ten Haq İtaliya çempionatına keçə bilər
07 Aprel 2025 11:46
Yığmamız dünya çempionatına yollanıb
07 Mart 2025 13:56
Gimnastlarımız dünya çempionatına yollanıblar
16 İyun 2025 13:33

