Dünya çempionatında Azərbaycanın daha dörd cüdoçusu tatamiyə çıxacaq
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatı bu gün davam edəcək.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə qadınlar arasında 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq.
Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə qarşılaşacaq.
Kişilərin 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda finlandiyalı Luukas Saha ilə üz-üzə gələcək.
Nizami İmranov eyni mərhələdə gürcüstanlı Vaja Marqvelaşvili ilə qarşılaşacaq.
Ruslan Paşayev isə 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimov - İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə görüşəcək.
İlkin mərhələnin Bakı vaxtı ilə saat 10:00-da, final blokunun isə 18:00-da başlanması nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatının ilk yarış günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanaraq dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Oktyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















