Dünya Çempionatını Azərbaycanda bu telekanal yayımlayacaq
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bu gün futbol üzrə 23-cü Dünya Çempionatı başlayır.
İlk dəfə olaraq çempionatda 48 milli komanda yarışacaq.
Modern.az xəbər verir ki, ABŞ, Meksika və Kanadada təşkil olunan Dünya Çempionatının oyunları Azərbaycanda İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Əgər İTV istəsə, Dünya Çempionatının 106 oyunundan bəzilərini digər yerli telekanallarla bölüşə bilər.
Türkiyə ərazisində isə matçları TRT1 və TRT Spor kanalları canlı yayımlayacaq.
Açılış oyunu bu gün 23:00-da A qrupunda Meksika ilə CAR arasında olacaq. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçiriləcək.
Baxış sayı:210
Bu xəbər 11 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















