Dünya çempionu hansı qərarı verdi?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Serxio Ramos gələcəyi ilə bağlı qərar verib.
“TyC Sports”un xəbərinə görə, İspaniyalı məşhur müdafiəçi “Boka Xuniors”a keçməkdən imtina edib. Argentina klubu 38 yaşlı oyunçunu yanvarda sıralarına qatmağı planlaşdırırdı. Komandanın baş məşqçisi Fernando Qaqo Serxionun keçidini reallaşdıra biləcəklərindən əmin idi. Lakin hazırda azad agent olan Ramos “Boka Xuniors”a rədd cavabı verib.
Xatırladaq ki, Ramosun sonuncu klubu “Sevilya” olub. O, bu komandadan yayda ayrılıb. Dünya çempionu olan futbolçu karyerası ərzində “Real” və PSJ-də də oynayıb.
Baxış sayı:93
Bu xəbər 21 Dekabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















