Icma.az
close
up
RU
Dünya dillərində yazı ilə tələffüz arasındakı fərqlər SİYAHI KONKRET

Dünya dillərində yazı ilə tələffüz arasındakı fərqlər SİYAHI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Çox böyük tarixi olan dilimizin  geniş söz ehtiyatı olduğu hamıya bəllidir. Söz xəzinəmizin müəyyən hissəsinin alınmalardan ibarət olduğu da danılmaz bir gerçəklikdir. Dil alınmalarının  müxtəlif səbəblərdən baş verməsi də çoxlarına yaxşı bəllidir.Bu yazıda dilimizin fonetik vəqrammatik  qaydalarına uyğunlaşaraq mənimsənilən və necə deyərlər, “vətəndaşlıq hüququ” qazanaraq   lüğət tərkibinə daxil edilən alınma sözlərin mövcudluğundan deyil, gərəksiz yerə dilimizə keçməsinə “yaşıl işıq” yandırmaq cəhdi barədə fikir bildirmək istəyirik.

KONKRET.az xəbər verir ki, dilçilik ədəbiyatında ədəbi dildə qarşılığı olduğu halda, bəzi şəxslərin nitqdəgərəksiz yerə işlətdikləri  yad sözlərə “varvarizm” deyilir. Danışıq dilimizdə tez-tez eşidilən varvarizmlərin əksəriyyətini rus dilindən təhrif olunaraq işlənən sözlər və ifadələr təşkil edir: “kakraz, toçnı, padarka, pasyolka, astanovka, samasval, panyatka, basanojka, marojnı, davay, uje, piyan, novı qod, paxmel, malades, paka, polnı, zapas, zapças, pasılka, meşat, naxadu, parnik, çerez, piramoy, samalyot, atkaz” və sairə.

Bu qəbildən olan varvarizmlərlə yüklənmiş cümlələri eşitmək xoş olmayan  ovqat yaradır: “Kakraz novı qodu otmeçat eləmək üçün padarka da almışdıq, polnı xod gedirdük, rezkidən bir samasval çıxdı qabağımıza, şoferi, deyəsən, piyandı, protiv sürürdü.” “Slanovı kostdan addelkalı zontikimin ruçkası bespadobnudu.” “İmportni basanojkamla, əynimdəseri yubka, bir də rozovi vadalazka, boynumda zalatoy sepoçka marojnı yeyə-yeyə pasyolkada Dom kulturının qabağındakı astanavkada svidanya saatını gözləyirdim.”

Dildə hansısa sözün varlığı kiminsə şıltaqlığına, arzu və istəyinə bağlanmamalıdır. Varvarizmdən  fərqli olaraq, dilin söz lüğət tərkibindəki uyğun mənanı ifadə edən sözü işlədib-işlətməmək şəxsin öz tərcihidir, ürəyi istəyir işlətsin, istəmir işlətməsin. Məqamına, adamına, mövzusuna, auditoriyasına görə hansı sözü işlətməyi fərd özü qərarlaşdırmalıdır. Məsələn, kimsə “müvəffəqiyyət” sözünü tələffüz etməkdə və ya yazmaqda çətinlik çəkirsə, “kompaniya” ilə “kampaniya”, “diplomat” sözü ilə “diplomant”ı fərqləndirə bilmirsə, “toplum, dərgi, sezgi, duyum, uyum, basqı, yayğın, darğın, şaşqın, içdən, özəllik” kimi sözlərdən xoşlanmırsa, bizim dilimizin bunda günahı yoxdur.

Roma imperatoru Yuli Sezarla (Caesar ) o dönəmin məşhur natiqi, dövlət xadimi Mark Tuli Siseron ( əslində, Cicero yazılmalıdır ) arasında baş vermiş bir əhvalatı xatırlatmaq yerinə düşər. Latın dilini mükəmməl bilən, həm də təsirli danışması ilə ün qazanmış Yuli Sezar (Plutarxın yazmasına görə, Siserondan sonra latıncanı nəhəng imperatorluqda ən yaxşı bilən şəxs olması ilə Sezar fəxr edərmiş) senatda çıxış edərkən lazımsız yerə yunan sözləri işlətdiyi üçün (varvarizmə yol verdiyinə görə ) Siseron ona etiraz etmişdi. Yuli Sezar da özünə haqq qazandırmaq üçün “Ne obliviscaris quod ego Caesar of Rome! – Unutma ki, mən Roma imperatoruyam!” söylədiyində Siseron eyni qızğınlıqla “Tu est romanorum imperatorem sed no imperatoris latine –Sən latın dilinin deyil, Romanın imperatorusan!” –cavabı vermişdir. Bu sözlər qarşısında aciz qalan imperator Sezar yanlışlığa yol verdiyini etiraf edib!

Ümumiyyətlə, dünyada ( ən azından, təqribən 4500 məlum dil arasında 20 ən yayğın dildən heç birində) saf dil yoxdur. Saf dil dedikdə, tərkibində alınma söz olmayan dili nəzərdə tuturuq. Müxtəlif səbəblərdən (iqtisadi, siyasi, mədəni, hərbi, coğrafi, bir sözlə, ekstralinqvistik amillərdən) dillər arasında söz və deyim mübadilələri, alınmalarının baş verməsi qaçınılmazdır. Bundan qorxmağa və əndişələnməyə də dəyməz. Zaman-zaman müxtəlif dillərdə dil alınmalarına qarşı çıxan puristlərin (saf dil tərəfdarlarının ) güclü müqavimətlərinə baxmayaraq, bu proses davam edir. Bəzən, puristlərlə yazıçılar arasında fikir ixtilafının ədəbiyyata inikasını izləmək mümkündür. Məsələn, rus şairi Aleksandr Puşkin özünün məşhur “Yevgeni Onegin” mənzum romanını yazanda adıçəkilən əsərin VIII fəslində  o vaxtlar varvarizmə qarşı kəskin çıxışları ilə məşhur olan rus dilçisi Şişkova lağ etmişdir: “Du somme il faut…” (“Шишков, прости: не знаю как перевести – Şişkov, bağışla: bilmirəm necə tərcümə edim”). Dildə əsl arzuolunmaz hal varvarizmin kütləviləşməsidir. İmkan vermək olmaz ki, lüzumsuz sözlər  dilə sirayət etsin.

İndi tarixin arxivlərində qalmış Sovet dövlətinin rəhbəri olmuş V. Lenin də rus dilinin lüzumsuz əcnəbi sözlərlə kirləndiyinə etiraz edirdi: “İzyan” yerinə “defekt, nedouçyot- yerinə defitsit işlətmək olmaz”. Dil məsələsinə biganə qalmaq mümkün deyil. İstənilən dönəmdə, sosial məqamından, mövqeyindən asılı olmayaraq, hamı dillə maraqlanmışdır. Qədimdən bu günə — Sokratdan, Platondan, Aristoteldən üzü bu yana dünyaca tanınan bütün məşhurlar da dillə bağlı fikirlər irəli sürmüş, ciddi araşdırmalar aparmışlar. Dilin əsas funksiyalarından biri olan nominativliyin (cisimlərin isimləndirilməsi-adlandırılması- vəzifəsi) məntiqi məğzini açıqlamaq istəyən Əflatun bu sirri çözə bilmədiyində əsəbiləşib “cisimlərin isimləndirilməsinin səbəbi səbəbsizlikdir” ( başqa sözlə, “at”a “at”, “it”ə “it” deyilməsində məntiq yoxdur ) – demişdir. Dilçilər yaxşı bilirlər, bir zamanlar, daha dəqiqi, 1923- 1950-ci illərdə keçmiş Sovet İttifaqında Nikolay Yakovleviç Marr (1865-1934 ) adlı bir dilçi çox məşhur və nüfuz sahibi olmuşdur. O illərdə fəaliyyət göstərmiş sovet dilçiləri fəxrlə özlərini “marçı” adlandırırlarmış. Sovet elmi ierarxiyasında mümkün olan bütün titullara layiq görülmüş N.Marr əsaslı linqvistik təhsilə sahib olmadığından şəxsi fantaziyası hesabına, türk dil qrupunun varlığını “unudaraq” bütün dillərin 4 ünsürdən (sal, ber, yon, roş ünsürlərindən) yarandığı ideyasını irəli sürməkdə tərəddüd etməmişdi. O vaxtki məddahlar N.Marrın “Dil haqqında yeni təlim” kitabını “Dilçilərin Quranı” adlandırırdılar. 1950-ci ilin 20 iyununda İ.V.Stalin “Pravda” qəzetində dərç olunmuş “Marksizm və dilçilik məsələləri” adlı yazısı ilə marçılığı və N. Marrın “ dilçilik konsepsiyası”nı darmadağın etdi (Deyilənlərə görə, bu məqalənin yazılmasında İ.Stalin professor A.Çikobavanın məsləhətlərindən faydalanmışdır). Azərbaycanda da 1950-ci ilin 14 iyulunda həmin məsələ ilə əlaqədar böyük iclas keçirilmiş, iclasda bizimkilərin həmin ilin 9 mayından başlayan diskusiyalarda iştirak etməmələri vurğulanmış, Dil və Ədəbiyyat İnstitutu marçılığı tənqid məsələsində tələb olunan fəallıq göstərmədiyinə görə mərhum alim Məmməd Arif Dadaşzadə ciddi tənqid olunmuş, M. C. Bağirovun ona etiraz etmək istəyən alimə qəzəblə söylədiyiməşum “molçat, turetskiy şpion- sus, türk casusu” ifadəsi toplantıda vahiməli məzar sükutu yaratmışdı. Dilimizin funksionallığının genişlənməsində böyük xidmətləri olmuş Xalq yazıcısı Mirzə İbrahimov məhz ana dilinə göstərdiyi aşırı qayğıya görə keçmiş SSRİ-nin uğursuz başçısı volyuntarist, boşboğaz  N.S.Xruşşovun qəzəbinə tuş gəlmiş və 1958-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən çıxarılmışdır.

Ekstraordinarlığı ilə tanınan, əsl peşəsi türkoloq olan V.Jirinovski (1964-cü ilədək Eydelşteyn) Dövlət Dumasında çıxış edərək “prezident” sözünü rus mənşəli “verxovnıy pravitel”, “mer” sözünü isə “qradonaçalnik” sözü ilə əvəz etməyi irəli sürmüşdü. Terminoloji araşdırmalar sahəsində danılmaz böyük xidmətləri olmuş mərhum bir dilçimiz vardı, dilimizdə vətəndaşlıq qazanmış sözlərin yenisi ilə əvəzlənməsini heç xoşlamazdı: “kömək-dəstək, mərtəbə-qat, məzuniyyət-dincəliş, kvorum-yetərsay” paralelliyində birincilərə üstünlük verirdirəhmətlik. Əlbəttə, dilimiz üçün “açıq qapı” prinsipinin, hər əcnəbi sözü qonaqpərvərliklə dilimizin lüğət tərkibinə daxil olunmasının qətiyyən tərəfdarı deyilik. Diqqət və ciddiyyətlə sözləri saf-çürük etməklə dilimizin zənginləşdirilməsi və qorunmasını lazımdır. Bölgələrimizdə ədəbi dilimizdə işlənən bir çox əcnəbi sözlərin qarşılığı olan öz sözümüz var. Onları səbrlə araşdırıb sözlüklərə daxil emək lazımdır. Məsələn, dədəm danışıqda işlənən “zakaznoy” sözünün yerinə həmişə “buyurtma” deyərdi: “buyurtma çəkmə”, “buyurtma şalvar” vs. Açığı, bu söz mənə fars mənşəli “sifariş” sözündən çox üstün və doğma gəlir. Bu yazıda orfoqrafiyamız və orfoepiyamızla bağlı bir məqama da münasibət bildirmək istəyirik.

Dilimizdəki bəzi qoşasamitli (“geminant”) sözlər qrupu ərəb dilindəki “mübaliğə feil”i adlanan فعال babı vasitəsi ilə yaranmışdır: rəsm-rəssam, qəsb-qəssab, seyr- səyyar, kizb-kəzzab, məkr-məkkar, xeymə-xəyyam, şiddət-şəddad, qəhr-qəhhar, cəbr-cəbbar, seyd-səyyad, həml-həmmal (həml, yük deməkdir, həmmal/ hammal- yük daşıyan deməkdir; “hambal” şəklində yazmaq yanlışdır), rəml-rəmmal, həkk- həkkak, nəqş- nəqqaş vs. Mətbuatda   bəzi titullu şəxslər təklif edirlər ki, qoşasamitli sözlərdəki samitlərdən biri ixtisaredilərək yazılsın.Onların  təklifi qəbul edildikdə Xəyyam- Xəyam, Səttar- Sətar, Əyyub-Əyub, Təyyar- Təyar, Fəttah- Fətah, Hümmət-Hümət, rəssam-rəsam, nəqqaş- nəqaş, xəttat-xətat, qəyyum-qəyum, yeddi- yedi, səkkiz-səkiz, doqquz-doquz, əlli-əli, güllə-gülə, qüllə-qülə, həssas-həsas, hətta-həta, bənna-bəna, əlbəttə-əlbətə, əvvəl-əvəl, rəqqas-rəqas, şillə-şilə, təəssüf-təsüf, zəvvar-zəvar, təmənna-təməna, qənnadı-qənadı, hissə-hisə, qəvvas-qəvas, şəkkak-şəkak və sair şəkildə yazılıb söylənəcəyini təsəvvür ( təsəvür?) edin. Orfoqrafiya ilə orfoepiya eyni şey deyil axı? Yoxsa bizim orfoqrafiya qaydalarımız sadəcə fonetik prinsipə (eşitdiyin kimi yaz prinsipi) əsaslanacaq, morfoloji (söz köklərini və şəkilçiləri standart şəkildə yaz prinsipi), tarixi-ənənəvi (dədə-baba qaydasında yaz prinsipi), fonematik, differensasiya, ideoqrafik və s. daxil, digər prinsiplərdən imtina olunacaq? Ya da Türkiyədəki “Türk Dil Kurumu” adlı təşkilatın etdiyi bəzi yanlışlıqları biz də təkrarlayacağıqmı? İstər-istəməz, yadıma rus, ingilis, fransız, ərəb və fars dillərindəki orfoqrafik qaydalar düşür. Məlum olduğu kimi, rus dilində bir qrup sözlərin yazılışı ilə tələffüzü arasına xeyli və əhəmiyyətli dərəcədə fərqlər var. Lakin ruslar bundan narahat olmurlar.Məsələn: солнце, честный, лестница, радостный, звездный, сердце, праздник, здравствуй, поздно, бездна, звёздный, чувствовать, явственный, девственный, голландский, шотландский, финляндский, гигантский, дипломантский, дилетантский, постланный, счастливый, совестливый, участливый, доблестный, захолустный, яростный, расистский, националистский, пастбище, хрустнуть, свистнуть (свистеть), хлестнуть, ландшафтный və s.

İngilis dilinin də orfoqrafiyasına nəzər yetirsək yazılışı ilə tələffüzü arasında fərq olan hədsiz miqdarda söz müşahidə edərik. Məsələn:

better [betə], letter [letə],psychology [saɪˈkɔledʒɪ], psychoanalyse [saɪkeuˈænelaɪz], psychiatry [saɪˈkaɪetrɪ], pseudonym [ˈsjuːdenɪm], pneumonia [njuːˈmeunɪe], pneumatic [njuːˈmætɪk], receipt [rɪˈsiːt], muscle [ˈmʌsl], fascinating [ˈfæsɪneɪtɪŋ], scene [siːn], sign [saɪn] (знак), design [dɪˈzaɪn], malign [meˈlaɪn], foreign [ˈfɔrɪn], , climb [klaɪm], debt [dɛt], thumb [θʌm], comb [keum], dumb [dʌm], listen [ˈlɪsn], whistle [ˈwɪsl], wrestling [ˈrɛslɪŋ], thistle [ˈθɪsl], hustle and bustle [ˈhʌslenˈbʌsl], debt /det/, doubt /daʊt/, subtle [ ˈsʌt(e)l], hope /heʊp/, drive /draɪv/, gave /ɡeɪv/, though /ðeʊ/, through /θruː/, daughter /ˈdɔːte(r), guitar /ɡɪˈtɑː(r)/, guidance /ˈɡaɪd(e)ns/, guild /ɡɪld/ .

Bənzər mənzərə fransız dilində də mövcuddur:

Homme-/om/, herbe- /erb/, hotel- /otel/, honneur- /onur/, harpe- /arp/, beaucoup- /boku/, Peugeot- /Pejo/, Voltaire- /Volter/, parlent- /parl/, bras – [bra], prix – [pri], lit – [li], achat – [aşa], placard – [plakar], corps – [kor], elles marchent – [elmarş], ils portent – [ilport], ils agitent – [ilzajit] , elles adoptent – [elzadopt], porter – [porte], imiter – [imite], fond- /fon/, argent- /arjon/, mais- /me/, epoux- /epu/, champ- /şam/, chat- /şa/, cadres- /kadr/, banc- /ban/, nez- /ni/ vs.

Ərəb və fars dillərinin də orfoqrafiyası ilə orfoepiyası arasında xeyli fərqlilik olduğunu xatırlatmaq faydalı olar. Bu nümunələr ərəb dilinə aiddir:

خلوا , كفروا, مشوا, واعبدوا ,تواصوا ,واسجدوا , نَاعْبُدُوا , َاغْفِرْلَنَا , قالوا , عملوا ,سجدوا ,كانوا

Yazılışı ilə tələffüzü müxtəlif olan aşağıdakı sözlər isə isə fars dilindədir:

خواهر, خواجه , خویش , خواب , خواستن , خوان, استخوان, خوار , غمخوار,خواهیش

Göründüyü kimi, ruslar, ingilislər, fransızlar, ərəblər və farslar öz dillərinin orfoqrafiyalarında tarixi-ənənəvi prinsipdən əl çəkməmişlər. Bizim dilimizdə apostrof işarəsini qaldıranda bir hörmətli alimimiz apostrof işarəsinin qaldırılması nəticəsində tonlarla mətbəə boyasına, kağıza qənaət olunacağını, çap və yazı işinin əhəmiyyətli dərəcədə sürətlənəcəyini “əsas” gətirmişdi( ?! ). Nədənsə, rusların öz orfoqrafiyalarında mühafizə etdikləri “ ъ” və “ ь” işarələrindən, ingilislərin çox sözün sonunda oxunmayan “e” hərfini, ərəblərin bəzi izafət birləşmələrində və sözlərdə oxunmayan – – ا ,و ,ى ,لfars dilində müxtəlif sözlərdə oxunmasa da saxlanılan “ و “ hərfinin mövcudluğunu unutmuşdu dəyərli mütəxəssisimiz. Gələcək nəsillə keçmiş nəsil arasında sələf-xələf əlaqəsinin itməməsi naminə, qədimdə yazılanların qüsursuz, tam və təfərrüatı ilə gələcək nəslə ötürülməsində problem yaşanmaması üçün onlar öz dillərini haqlı olaraq qayğı ilə qoruyurlar.Məsələn, mübaliğəsiz demək olar ki, bu günkü iranlı gənclərin asanlıqla, heç bir əziyyət çəkmədən Rudəkini, Firdövsini, Sədini, Hafizi; müasir ərəblərin “Qurani- Kərim” başda olmaqla heyrətamiz sərbəstliklə Əbu Nuvvası, Əntərəni, Cahizi, İmrul Qeysi, İbn-əl-Əsiri, İstəxrini, İbn Əbd Rəbbihini; ingilislərin V. Şekspiri, F.Bekonu, D.Defonu, C.Svifti; fransızların Monteni, Korneli, Lafonteni, Molyeri, Rasini, Monteskyönü; rusların Kantemiri, Fonfizini, Krılovu, Karamzini, Lomonosovu, Derjavini və başqalarını oxuyub başa düşmələrinin başlıca səbəbi orfoqrafiyaya, leksikologiyaya mühafizəkar münasibət bəsləmələri, dillərində olan sözləri qayğı ilə qoruyub saxlamalarıdır. Biz 1929-cu ilin yanvar ayının 1-dən 1939-cu ilin dekabr ayının 31-ə qədər latın qrafikasını işlətdik (indi işlətdiyimiz hərflərdən bir qədər fərqli şəkildə: c,ç, y, ç, ğ, ı, ö, ü, j fərqli yazılırdı ), 1940-cı ilin yanvar ayının 1-dən kiril əlifbasına keçdik, 1958-ci ilin yanvar ayının 1-dək gərəksiz yerə “э, ю, ё, я, й, ц, щ” hərflərini və “ь,ъ”işarələrini də tətbiq etməyə başladıq. Sonra 1959- cu ildə həmin hərfləri və işarələri orfoqrafiya qaydalarımızdan çıxartdıq və bu dəfə 1961-ci ilə qədər rus dilində “o” hərfi ilə yazılıb “a” şəklində tələffüz edilən sözləri “a” hərfi ilə, “ц” ilə olanları “ts”, “щ” ilə yazılanları “şş” şəklində yazmağa başladıq: Maskva, qalxoz, sotsialist, dotsent, borşş və s. Yaxşı ki, bir müddət sonra bu yanlışlıq aradan qaldırıldı. Dilimizin fonematik təbiətini unudaraq bənzər şəkilləri öz nitqlərində ətalətlə hələ də davam etdirənlər vardır: lakal, palis, atel, satsial, afsay, afşor, aftalmoloq, akulist və s. Unudulur ki, bizim dildə “o” səsi “a” kimi tələffüz edilsəydi millət oduna-adun, dolmaya-dalma, oyuna-ayun, bolluğa-balluq, oğula-ağul, dolaba-dalab deyərdi.

Milli kimliyimizin göstəricisi olan dilimizi hamılıqla qorumalı, ona lazımi qayğı göstərilməli, onun inkişafı naminə gərəkli bütün tədbirlər dövlət səviyyəsində həyata keçirilməlidir.Dillə bağlı alınacaq qərarlar beş-altı nəfərin  bir  kabinətə guşənişin olub ortaq məsləhətləşməsi ilə deyil,  ən geniş tərkibdə ciddi müazkirələr  nəticəsində alınmalıdır. Əks təqdirdə, əlinə fürsət keçirənin hər biri öz nitq tərzini, ifadəüslubunu  təbərrük kimi xalqa qəbul etdirməyə çalışacaqdır. Danışıq dilində müxtəlif fərdlərin işlətdikləri “prikaz, naruşenye,  çesni, sama saboy, kaneşna, niçevo sebe, atmenit, prapiska, padaxodnı” vs. qəbildən olan gərəksiz alınmaların – varvarizmlərin ədəbi dilə daxil edilməsi dilimizə zənginlik gətirməz.

Dilimiz mənəvi sərhəddimizdir, ərazi toxunulmazlığımız kimi onun da  daimkeşikçisi olmalıyıq. Ozanlar ozanı Dədə Qorquddan, Qaşqarlıdan, Bürhanəddindən, Nəsimidən, Füzulidən, Seyid Əzimdən, Sabirdən, Mirzə Cəlildən və yüzlərlə dahidən bizəəmanət edilən dilimizi mühafizəetmək bizim hamımızın övladlıq, vətəndaşlıq borcumuzdur. Bu yolda bütün soydaşlarımızın sarsılmaz milli birliyi gərəkdir.

prof. Ramazan SİRACOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:14
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see238

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see173

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see135

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see123

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see121

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see121

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see120

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see118

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see118

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see117

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see117

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see116

Rubio etiraf edir...

21 May 2025 19:47see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see116

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see113

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see113

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri