Icma.az
close
up
RU
Qlobal xaos dövrü başlayıb

Qlobal xaos dövrü başlayıb

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ prezidenti D.Trampın birbaşa tapşırığı ilə Venesuela prezidenti Nikolas Maduro bu ölkənin xüsusi təyinatlıları tərəfindən həbs edildi. Eyni proses Rusiya prezidenti və İsrail Baş naziri ilə bağlıda atıla bilərmi? D,Trampın İranla bağlı siyasəti necə olacaq? Bu suallarla politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki: ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla ələ keçirməsi Ağ Evin dünyanı məhz öz maraqlarına uyğun şəkildə dəyişmək niyyətindən xəbər verir. Venesuelada mövcud böhran yalnız siyasi deyil, həm də humanitar və diplomatik böhran vəziyyətidir.

ABŞ-ın Venesuelada son davranışları bu ölkədə yalnız hakimiyyət böhranı yaratmadı, həm də, beynəlxalq məkanda qlobal hüquq boşluğuna da yol açdı. Lakin istənilən halda, beynəlxalq hüququn qüvvədə olan prinsiplərinə və BMT Nizamnaməsinə riayət etmək lazımdır. Baş verən hadisə ilə bağlı hələlik sərt reaksiyalar olmasa da, müxtəlif dövlətlər tərəfindən Ağ Evə beynəlxalq hüquq normaları xatırladılır.

Çünki ABŞ-ın Nikolas Maduronu həbs etməsi ilk baxışdan, bu ölkənin xalqının xilas edilməsi kimi görünə bilər. Reallıqda isə Ağ Ev atdığı bu addımla beynəlxalq hüquq sistemini birdəfəlik dağıtdı. Venesuelada baş verənlər onu göstərir ki, qlobal xaos dövrü artıq başlayıb. Bundan sonra daha dəhşətli hadisələrin baş verməsi ehtimalı artıq istisna deyil.

Bütün dünya bilir ki, ABŞ-ın Maduronu siyasi səhnədən çıxartmaqda əsas məqsədi məhz Venesuelanın təbii sərvətlərini, xüsusilə də neft və minerallarını ələ keçirməkdir. Bu, o deməkdir ki, Venesuela ABŞ-ın gələcək istismarı üçün müqavimətsiz duruma salınıb. Bu cür hadisələr təbii sərvətlərini ABŞ-ın istismarına könüllü şəkildə verməkdən imtina edən ölkələrin də üzləşə biləcəyi hadisə ola bilər. Artıq şübhə yoxdur ki, dünya xaos, təbii sərvətlər uğrunda savaş dövrünə daxil olub. ABŞ eyni addımı Rusiya prezidenti ilə bağlı da ata bilərmi?,- sualına gəldikdə isə ABŞ-nin Venesuelaya münasibətdə istifadə etdiyi alətlər əsasən hibrid xarakterlidir.

Bura diplomatik təcrid, daxili siyasi parçalanmanı dərinləşdirmə və məhdud xüsusi əməliyyat imkanları daxildir. Məqsəd ölkəni klassik hərbi işğal yolu ilə tutmaq deyil, rejimin dayaqlarını daxildən zəiflətməkdir. Bu tip yanaşma təsir mexanizmlərinin sürətli işə düşməsini ifadə edir və bu, açıq müharibə ilə birbaşa müqayisə oluna bilməz.

ABŞ-nin Venesuelada tətbiq etdiyi yanaşma klassik hərbi əməliyyat deyil. Bu səbəbdən bu iki nümunəni birbaşa qarşılaşdırmaq hərbi baxımdan düzgün deyil: biri ağır, qanlı və yüksək riskli müharibədir, digəri isə hibrid mübarizə mühitində aparılan dolayı təsir strategiyasıdır. Netanyahuya gəldikdə isə İsrail Baş nazirinin Yaxın Şərq strategiyasının müəllifi və donoru zatən ABŞ və onun prezidentidir. Sirr deyil ki, ABŞ-ın növbəti addımı İran ola bilər. İrandaxili proseslər zamanla hətta silahlı qarşıdurmaya belə çevrilir.

Lakin İran coğrafi və hərbi-siyasi baxımdan Venesuela deyil. Bu ideoloji dövlətdir. Düzdür xalq teokratik rejimdən narazıdır. Lakin kənar müdaxilə bütün narazılıqlara rəğmən milli birliyin təmin olunmasına şərit yaradır. Bu cür vəziyyət isə prosesi daha qanlı məcraya yönəldə bilər. Məhz bu amillər nəzərə alınaraq əsasən İrandaxili proseslərin körüklənməsi taktikasına üstünlük veriləcək.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see655

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see357

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see241

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see224

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see223

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see222

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see220

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see218

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see215

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see189

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see188

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see180

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see178

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see175

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see172

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see162

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see160

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see160

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri