Icma.az
close
up
RU

Dünya Dini Liderlərinin Qlobal Sammiti iştirakçıları COP29 sessiyasına müraciət ediblər

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Dünya Dini Liderlərinin Qlobal Sammiti iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müraciət edib.

"Operativ Media" xəbər verir ki, müraciətdə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi qiymətləndirilib.

Bildirilib ki, Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəm, bu istiqamətdə səmərəli addımları təqdirəlayiqdir:

“Biz, COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının — COP 29-un Təşkilat Komitəsini və zirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızı yetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.

Dini Liderlərin Qlobal Sammitinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının himayədarlığı, özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizə verilən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk”.

Qeyd olunub ki, dini yanaşmalar hər zaman ətraf mühitin qorunmasını təbliğ edib: “Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına, mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanların qəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissini aşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrini təlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvi dünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir və əks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz, dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin bir parçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirik ki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqam Yaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyada yaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs öz xitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli, təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalı bu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etmək olmalıdır”.

Müraciətdə vurğulanıb ki, Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir: “Dini Liderlər olaraq biz, öncəki COP 28 Sammitində dünyada hökm sürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılması sahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını və proqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradan qaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəal iştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki, Azərbaycanda keçirilən COP 29, həmçinin, dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir”.

Sammit iştirakçıları, eyni zamanda, müraciətdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış ediblər: “Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi olduqca vacibdir. COP 29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olan mənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyə edirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumi səylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COP tədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik. Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklif və əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etika anlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat, dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlim problemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumi hədəfə doğru nailiyyətlərimizi artırar. COP 29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik. COP sessiyalarına sədr ölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər.

Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının qorunması, bütün yaradılmışların və Yer üzünün xilası – qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən, Birləmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılması zəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı zirvə görüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycan dövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirin təşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərində uğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvac versin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri