Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Dünya əhalisi: kim, harada, necə?

Dünya əhalisi: kim, harada, necə?

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada hər gün təxminən 385,000 uşaq doğulur, dolayısı ilə dünyada ildə 140 milyondan çox uşaq anadan olur. Bu hər saniyəyə təxminən 2-3 nəfərin doğulması deməkdir. 8 milyardan çox olan dünya əhalisinin təxminən 50.3% faizini kişilər, 49.7% faizini qadınlar təşkil edir. Beynəlxalq statistikalara görə dünya əhalisinin 0-14 yaş qrupunu 25%, 15-64 yaş qrupunu 65%, 65 yaş və yuxarı qrupunu isə 10 % olaraq xarakterizə eləmək olar.

Hər il iyulun 11-i dünyada Ümumdünya Əhali Günü kimi qeyd edilir. Bu tarix 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu tərəfindən təsis edilib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub.

Ümumdünya Əhali Gününün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Builki Ümumdünya Əhali Günü gender bərabərliyinin potensialını üzə çıxarmağa həsr olunub.

Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Qeyd edək ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 143 min 521 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib. Əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.

Kim, nədən, necə əziyyət çəkir?

Ümumdünya Əhali günə bizə bir daha xatırladır ki, bu gün də daxil olmaqla hər gün dünya əhalisinin demoqrafik problemlərinə xüsusi diqqət ayrılmalıdır. Bu gün dünyada əhali artımının qida və suya adekvat olmadığı, milyonlarlıa insanın iqtisadi, sosial və ekoloji problemlər ağuşunda boğulması məlum məsələdir. Təbii resursların qeyri-adekvat bölünməsi, təhsil və səhiyyə xidmətlərinə çıxışın məhdudluğu, işsizlik və yoxsulluq hökm sürən ölkələrdə əhalinin vəziyyəti ürəkaçan deyil.

Dünya əhalisinin hazırkı sosial, iqtisadi, mədəni, sağlamlıq vəziyyəti barədə fərqli problemlər mövcuddur. Çünki dünya əhalisi sürətlə dəyişir və bu dəyişikliklərin sosial, iqtisadi və ekoloji səbələri və nəticələri var. 2025-ci ilin statistik göstəricilərinə görə dünya əhalisi təxminən 8,1 milyard nəfərə çatıb. Proqnozlara görə, 2050-ci ilə qədər bu rəqəm təxminən 9,7 milyarda, 2100-cü ilə qədər isə təxminən 10,4 milyarda qədər yüksələcək.

Ərzaq, su və enerji kimi təbii resursların azlığı dünya əhalisinin əsas problemlərindəndir. Gənclərin təhsili və iş tapma imkanları bir çox regionlarda məhduddur. İqlim dəyişikliyi, aclıq, xəstəlik, quraqlıq, təbii fəlakətlər əhalinin artımına təsir göstərir. Bir çox ölkədə ən bəsit sağlamlıq xidmətləri belə göstərilmir.

Doğum azalır, əhali qocalır

Əhali artımı əsasən Afrika və Cənubi Asiya regionlarında müşahidə edilir. Avropa, Yaponiya və bəzi Şərqi Asiya ölkələrində isə əhali azalır və yaşlanma prosesi sürətlənir. Ümumiyyətlə əhalinin yenilənməməsi prosesi bir çox ölkə üçün ciddi problemdir. Doğum azalır, əhalinin qocalması prosesi baş verir. İndi bəzi ölkələrdə gənc əhali üstünlük təşkil edir, Niger, Çad kimi ölkələrin əhali tərkibi əsasən gənclər və orta yaş insanlardan ibarətdir. Yaponiya, Almaniya kimi əlkələrdə isə yaşlı əhali çoxluq təşkil edir. Bu balanssızlıq əmək bazarına, pensiya sistemlərinə və sosial siyasətə ciddi təsir edir. İşçi qüvvəsinin azalması baş verir, gənc vergi ödəyicilərinin sayı azalır, pensiya alanların sayı artır, nəsil yenilənmir, qan təzələnmir.

Yaşayış xərclərinin artması, bahalaşma, evsizlik, işsizlik, qeyri-sabit əmək bazarı gənclərin evlənmə planlarını təxirə salır, dolayısı ilə doğum sayənda da azalma baş verir. Bununla yanaşı qadınların təhsilə əhəmiyyət vermələri, karyera hədəflərinin olması doğum sayına ciddi təsir göstərən amillərdəndir. Uşaqsız nikahların çoxalması, habelə vətəndaş nikahında yaşayanların sayının artması da dünya əhalisinin sayındakı qocalıq nisbətinin artmasına səbəb olur.

Dünyada hələ də təhlükəsiz və könüllü ailə planlaşdırmasının əldə edilməsində bərabərlik yoxdur. Dünyanın bəzi ölkələrində dünyaya uşaq gətirən yoxdur, bəzi ölkələrində doğum nəzarət altına alına bilmir. Bəzi regionlarda qız uşaqlarına qarşı ədalətsizlik hökm sürür, analar qız övlad dünyaya gətirdiyi üçün qorxur, hamiləliyin planlanması barədə məlumatsızdır və ya imkanların əldə edilməsində adekvat davranılmır. Bəzi regionlarda erkən evliliyə, qohum nikahına məcbur edilən qızlar var.

Aclıqla imtahan

Aclıq bir insanın bu dünyada görə biləcəyi ən böyük imtahanlardandır. Bu gün aclıq və qida çatışmazlığından əziyyət çəkən milyonlarla insan var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Qida Proqramı (WFP) və digər beynəlxalq qurumlar hər il "Dünya üzrə Qida Təhlükəsizliyi və Qidalanma" hesabatlarında aclıqla üzləşən ölkələri izləyir və sıralayır. Bəli, izləyirlər, sıralayırlar, cədvəllərə bölürlər, amma problem olduğu kimi qalır.

O cədvəllər, statistikalar deyir ki, dünya üzrə təxminən 735 milyon insan xroniki aclıqdan əziyyət çəkir, qeyri-rəsmi məlumatlar isə bu rəqəmin 1 milyardı çoxdan ötdüyünü deyir. Dünyada 3 milyard insan isə yetərsiz, keyfiyyəıtsiz, zəif qidalanır. Dünyanın bir tərəfində insanlar qida bolluğundan, digər tərəfində isə aclıqdan əziyyət çəkir. Yəməndə aclıq fəlakət həddindədir, insanlar müharibə, iqtisadi çöküş, blokada səbəbindən bir parça çörəyə həsrət yaşayırlar. Somalidə quraqlıq, terror, yoxsulluq səbəbində insalar ac qalrı, Cənubi Sudandakı silahlı qarşıdurmalar, sel fəlakətləri, Efiopiyada münaqişələr, ərzaq çatışmazlığı, Haitidə siyasi xaos, yoxsulluq, cinayətlər, Sudanda vətəndaş müharibəsi, qaçqın və köçkünlük, Çadda iqlim dəyişikliyi, yoxsulluq, Burkino Fasoda terror hücumları, daxili qaçqın həyatı, Konqoda silahlı qarşıdurmalar, köçlər, Əfqanıstanda iqtisadi çöküş, hücumlar əhalinin ac qalmasına səbəb olur. 11 İyulun Ümumdünya Əhali Günü kimi qeyd edilib-edilməməsi onların ac qarnını doyururmu?

Urbanizasiya: kənddən şəhərə

Son statistik məlumatlara əsasən hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəm 70%-ə yaxınlaşacağı ehtimal edilir. Nəticədə urbanizasiya problemi – sıxlıq, infrastruktur çatışmazlığı və çirklənmə – daha da kəskinləşəcək. İqlim dəyişikliyi, müharibələr, silahlı münaqişələr və iqtisadi səbəblər dünya miqyasında məcburi miqrasiyanı, urbanizasiyanı artırır. Bu gün dünyada 100 milyondan çox insan hal-hazırda qaçqın və ya məcburi köçkün statusundadır.

Nəzarətsiz urbanizasiya dünya əhalisi üçün həm də problem yaradır. Şəhərlər iqtisadiyyatın mərkəzinə çevrilir, sənaye, xidmət sahələri və texnologiya inkişaf edir, lakin bununla paralel olaraq kəndlər boşalır, kənd təsərrüfatı, aqrar sektor məhv olur. Şəhərlərdə məktəblər, xəstəxanalar təlabata cavab vermir, normadan artıq yüklənirlər, kəndlərdə isə məktəblər boş qalır. Hazırda dünyada Çinin Şanxay, Pekin şəhərləri, Hindistanın Dehli, Mumbay, Banqalor şəhərləri, Afrika ölkələrində Lagos (Nigeriya), Nairobi (Keniya), Addis-Abeba (Efiopiya), Latın Amerikasında San-Paulo, Mexico urbanizasiyaya böyük ölçüdə məruz qalan şəhərlərdəndir.

Doğrudur, müasir dünyada urbanizasiya qaçılmazdır, istər-istəməz baş verəcək. Lakin bu prosesin davamlı və ədalətli şəkildə nəzarətdə inkişaf etməsi üçün dövlətlər və beynəlxalq qurumlar həmrəy olmalıdırlar. Sürətli urbanizasiya təkcə şəhərlərin böyüməsi deyil, eyni zamanda kəndlərin boşalması, kənd təsərrüfatının məhv olması, aqrar sahənin tənəzzül etməsi, cəmiyyətlərin strukturunda əsaslı dəyişikliklərin baş verməsi deməkdir.

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün insaların bir istəyi var - sülh ehtiva edən, bərabər hüququ təmin edən və firavanlıq vəd edən bir dünya. Lakin mənzərə ürəkaçan deyil, bir ölkədə zibilliyə atılan bir parça çörək başqa bir ölkədə bir insanın xəyalıdır. Bir ölkədə hər gün standart olaraq məktəbə gedən bir qızın həyatı başqa bir ölkədə bir qız uşağının arzusudur. İnsanlar çox şey istəmir əslində. Sosial ədalət dünyada lap çoxdan insanların ən çox axtardığı, çox vaxt tapa bilmədiyi fenomen olub. Bərabər hüququ, bərabər qidanı, bərabər şərtləri təmin edərək bir gün dünya hamıya ədalətli davranacaqmı?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri