Icma.az
close
up
RU
...Türkmənçaya bir baxış haqqında düşüncələr

...Türkmənçaya bir baxış haqqında düşüncələr

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan xalqının zaman-zaman başına gətirilən faciələr bu gün tarixə çevrilərək kitablarda, yazılarda qalır, xalqın taleyinə yazılan qara səhifələr olaraq heç vaxt unudulmur. Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının ağrılı taleyindəki yeri haqqında müxtəlif dönəmlərdə kitablar, monoqrafiyalar, tədqiqat işləri, elmi və publisistik məqalələr ərsəyə gətirilib. Bunlardan biri də AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin yenicə işıq üzü görən "Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış" adlı tərcümə əsəridir. Əsəri farscada yazan müəllif isə Cənubi Azərbaycandan Hüseyn Qaraağacdır. Bu tərcümə əsəri bütöv Azərbaycanın aktual məsələlərini öyrənmək baxımından diqqəti cəlb edir. Bu tayda vaxtilə rus-erməni işğalı problemi olduğu kimi Cənubi Azərbaycanın da fars millətçiliyi problemi vardır. Ona görə də bir kəndin timsalında qədim mədəniyyəti, adət-ənənəsi olan Cənubi Azərbaycan insanının məşəqqətli həyat tərzini elmi dildə təsvir edən bu kitab 1978-ci ildə Təbrizdə nəşr olunmuş, geniş oxucu kütləsinin marağına səbəb olduğuna görə 1988-ci ildə yenidən çap edilmişdi. Tərcümə əsəri kimi isə bu kitab Naxçıvandakı "Əcəmi" nəşriyyatında işıq üzü görüb. Fars dilindən mükəmməl şəkildə tərcümə edilən bu əsər tarixi taleyimizə balta vuran müqavilənin imzalandığı Cənubi Azərbaycanın Türkmənçay kəndinin (indi şəhristan) ərazisi, onun əhalisi, mədəniyyəti, folkloru, etnoqrafiyası haqqında qısa, lakonik, bir o qədər də aydın təsvirlərlə zəngin əsərdir.

Azərbaycan xalqının qanlı-qadalı tarixini səhifələyərkən bölünərək qonşularına verilən torpaqlarımızın harayını duymamaq mümkün deyildir. Daha çox bu harayı ruhu, qanı-canı ilə bu torpağa, xalqa bağlı olan vətən övladları duya bilir. Və bu duyğu da tariximizin əslini ifadə edən, əsl tarix hayqıran faktlardan doğan əsərlərin meydana gəlməsini vacib məqam kimi şərtləndirir.

Kitabın əvvəlində "Türkmənçay" toponimi haqqında məlumat verilir. Əsərin müəllifinin fikrincə, Qacarlar dövründə Abbas Mirzənin sərəncamına əsasən Türkmənçay kəndinin sakinləri mülki vergidən və mülkiyyətlə bağlı bir sıra öhdəliklərdən azad edilirdilər. Ona görə də yuxarıda adıçəkilən digər kəndlərin sakinləri bu güzəştlərdən yararlanmaq üçün Türkmənçay kəndində məskunlaşırdılar. Bəzi tədqiqatçılar isə bu fikirdədirlər ki, o kəndlər monqollar tərəfindən bölgə işğal edilib yandırıldıqdan sonra belə adlandırılmışdı. Həmçinin, Türkmənçay da bu qəbildən olan kəndlərdən biridir. Amma müqavilə imzalanarkən kəndin mərkəzindən çay keçməsi səbəbindən "Türkmən" kəndinin sonuna "çay" sözünü də əlavə etdilər.

Kitabın ön sözündə əsərin tərcüməsini həyata keçirən professor Ə.Quliyev haqlı olaraq yazır ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində Qacarlarla Rusiya arasında Azərbaycan daha çox Rusiyanın xeyrinə nəticələnən şəkildə bölüsdürüldükdən sonra dövlətin müqəddəratını ona tarixən məkrlə yanaşan iki dövlət - Qacarlar və Rusiya həll etdi. 1804-1813, 1826-1828-ci illərdə Azərbaycanın torpaqları uğrunda aparılan işğalçı müharibələr bu xalqın taleyinə qanlı-qadalı zərbələr vurdu. 1828-ci ildə isə Azərbaycanı öz aralarında paylaşan işğalçı Qacarlar və Rusiya yenidən "sülh" adı ilə Azərbaycanı bölüşdürmək uğrundakı məkrli siyasətlərilə bu xalqın taleyinə qara xətt çəkdi. Məhz Təbriz yaxınlığında yerləşən Türkmənçay ərazisində Azərbaycanın faciələrlə dolu ikinci işğalı başa çatdı. Hər zaman məkrli siyasətlə özünün hegemonluğunu yaşadan Rusiya onunla bu mübarizədə yenilmək məcburiyyətində qalan Qacarlarla "sülh" bağlayaraq dünyaya özünün heç də "humanizmdən" xali olmadığını "göstərdi". 1828-ci ildə fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Qacarlar ilə 16 maddədən ibarət sülh müqaviləsi bağlandı. Qacarlar Rusiya kimi məkrli siyasət daşıyıcısının qarşısında duruş gətirə bilməyib "sülh" adı altında Cənubi Qafqaza və Azərbaycanın şimalına olan iddialarından birdəfəlik əl çəkdi.

Səkkiz bölmədən ibarət kitabda "Türkmənçay sözünün mənşəyi" adlı ilk bölmədə toponimin həm elmi, həm də xalq etimologiyası baxımından izahı verilir. Təbiidir ki, burada verilən izah sadə bir etimoloji təhlildir. Sözün dərin elmi etimoloji izahı isə müxtəlif tədqiqat əsərləri daxilində mövcuddur.

"Türkmənçayda coğrafi vəziyyət və həyat tərzi" adlı bölmədə, adından bəlli olduğu kimi, ərazinin yerləşməsinin coğrafi yönümdən təqdimatı ilə yanaşı, buradakı əhalinin yaşam tərzi haqqında məlumat verilir.

"Ənənəvi əkinçilik, heyvandarlıq və bunlarla bağlı adət-ənənələr" adlı bölmədə əhalinin təsərrüfat həyatı, məxsusi təsərrüfat üsulları, təsərrüfatla bağlı yaranan ənənə elementləri haqqında təsvir təqdim olunur.

"Türkmənçay kəndində evlənmək adətləri", "Türkmənçayda ailə sistemi", "Türkmənçayda dəfn və yas mərasimləri" adlı bölmələrdə ərazinin məişət mərasimləri, etnoqrafik və əxlaqi dəyərləri haqqında təsvir xarakterli məlumat verilir.

"Türkmənçaylıların inancları" bölməsində isə ərazinin qədim mifoloji görüşlərini ifadə edən ilkin görüşlərinin buradakı xalqın təfəkküründə mövcud olan kiçik janr örnəklərində - inanc və sınamalarda, türkəçarə örnəklərində təzahürü haqqında məlumat var.

Nəhayət, "Türkmənçay müqaviləsi" bölməsində Azərbaycan xalqının tarixi taleyinə böyük zərbə vurmuş məlum müqavilədən bəhs edilir. Bu müqavilə on altı maddə şəklində təqdim olunur. Eləcə də Türkmənçayda İranla Rusiya arasında bağlanmış ticarət müqaviləsi doqquz fəsil daxilində təsvir edilir. Sonda isə müqavilənin imzalandığı ev, onun sahibi haqqında arxivdən əldə olunmuş məlumatlar öz əksini tapır.

Ümumiyyətlə, "Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış" adlı bu kitab Azərbaycan xalqının taleyinə zərbə vuran "Türkmənçay müqaviləsi"nin imzalandığı kənd haqqında diqqətçəkən əsərlər sırasındadır. Kitabın Azərbaycan dilinə tərcümə edilməsi ilə bu tarixə aid bir çox üstüörtülü faktlara da aydınlıq gətirir.

Aytən CƏFƏROVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri