Icma.az
close
up
RU
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir ŞƏRH

Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı 2025”də Azərbaycan regionun etibarlı və strateji investisiya məkanı kimi təqdim edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli AZƏRTAC-a şərhində bildirib ki, UNCTAD tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı” qlobal investisiya axınlarının son meyllərini, çağırışlarını və perspektivlərini əks etdirən ən nüfuzlu mənbələrdən biridir.

“Hesabat həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üzrə birbaşa xarici investisiya (BXİ) statistikalarını, eləcə də “greenfield” layihələri və sektorları üzrə tendensiyaları təqdim edir. Bu sənəd xüsusilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin investisiya mühitinə dair mühüm nəticələr ortaya qoyur və regional müqayisələr üçün əsas istinad nöqtəsi hesab olunur. Hesabata əsasən, 2020–2024-cü illər ərzində Azərbaycan 1,5 milyard BŞ dollardan artıq məbləğdə “greenfield” tipli – yəni sıfırdan qurulan yeni istehsal və infrastruktur layihələrinə yönələn – investisiya cəlb edib. Beləliklə Azərbaycan, Özbəkistan və Qazaxıstanla yanaşı, dənizə çıxışı olmayan ölkələr arasında aparıcı investisiya məkanlarından birinə çevrilib. Bu nailiyyət Azərbaycanın xüsusən enerji və nəqliyyat infrastrukturu sahələrinə strateji layihələri ardıcıl şəkildə cəlb etmək bacarığını nümayiş etdirir”, - deyə o diqqətə çatdırıb.

Rəşad Nəcəfli qeyd edib ki, Azərbaycan beynəlxalq investorları cəlb edən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında nəqliyyatla bağlı layihələrdə də ön sıralarda yer alıb və bu, ölkənin Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzində yerləşən strateji Avrasiya logistika qovşağı rolunu təsdiqləyir.

Hesabatda bildirilir ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin 2024-cü ildə qlobal investisiya axınları 10 faiz azalaraq 23 milyard dollar təşkil edib. Bu ölkələrin bir çoxu kəskin volatilliklə üzləşib. Məsələn, Qazaxıstan 3,7 milyard dollar həcmində investisiya daxilolmalarından 2,6 milyard dollar həcmində xalis kapital çıxışına qədər dramatik bir dönüş yaşayıb. Belə mürəkkəb şəraitdə Azərbaycan ardıcıl olaraq müsbət kapital daxilolmaları və layihə aktivliyini saxlayıb, sabitlik nümayiş etdirərək investorların davamlı etimadını təmin edib.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan 2024-cü ildə 253 milyon dollar həcmində birbaşa xarici investisiya cəlb edib. Bu nailiyyətlər Azərbaycanın dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında dayanıqlı mövqeyini göstərir. Ölkəmiz enerji və nəqliyyat dəhlizlərinin regional mərkəzi kimi qlobal investisiya durğunluğu şəraitində belə, “greenfield” və infrastruktur layihələri üçün cəlbedicidir.

Rəşad Nəcəfli uzunmüddətli tendensiyalara toxunaraq bildirib ki, Azərbaycanın ümumi BXİ daxili ehtiyatı 2024-cü ildə 27,5 milyard dollara çatıb ki, bu da 2000-ci ildən bəri 15 dəfədən çox artım deməkdir: “Bu, Azərbaycanı dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında aparıcı mövqeyə çıxarır və onu Ermənistanın 7,8 milyard dollarlıq, həmçinin Özbəkistanın 16,7 milyard dollarlıq göstəricilərindən daha üstün pilləyə qaldırır. Azərbaycanın investisiya cəlbetmə və davamlılığı təmin etmə sahəsindəki sübut edilmiş nailiyyətləri ölkəni Avrasiyada nəqliyyat əlaqələrinin və inkişafın gələcəyini müəyyən edən əsas aktorlardan biri edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri