“Dünya iqtisadiyyatı bu mərhələdə ucuzluqdan çox, təhlükəsizlik üzərində qurulur” İQTİSADÇI
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qlobal ticarətdə risk anlayışı artıq gündəlik qərarlara birbşa təsir edən real faktora çevrilib. Daşıma marşrutları, sığorta şərtləri və təchizat zəncirləri bu gün iqtisadi hesablamadan çox geosiyasi dinamikanın təsiri altındadır”.
Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:
“Son günlər Qara dənizdə baş verənlər, Yaxın Şərq, Şərqi Avropa xətti boyunca davam edən qarşıdurmalar, Latın Amerikasında Venesuela ətrafında artan gərginlik və s. qlobal logistikanın nə qədər kövrək olduğunu bir daha göstərir. Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə, müddətlərə və risk gözləntilərinə təsir edir”.
Eldəniz Əmirovun fikrincə bu səbəbdən də dünya mediası artıq “harada istehsal olunur?” sualına cavab axtarmır.
“Hər kəs daha çox “haradan təhlükəsiz keçə bilir?” sualını önə çıxarır. Bu isə dəyişən iqtisadi reallığın açıq göstəricisidir. Dünya iqtisadiyyatı bu mərhələdə sürət və ucuzluqdan çox, təhlükəsizlik və dayanıqlılıq üzərində qurulur.
Bu kontekstdə mübaliğəsiz demək olar ki, 2020-ci ildən sonra qlobal miqyasda təhlükəsizlik mühiti getdikcə gərginləşdiyi halda, bizim coğrafi koordinatlarda (Cənubi Qafqazda) əks proses müşahidə olunur. Vaxtilə risk kimi qiymətləndirilən bu məkan indi Azərbaycanın pozisiya üstünlüyü yaradan strateji kombinasiyalarının nəticəsində daha stabil, proqnozlaşdırılan və etibarlı görünməyə başlayır. Məhz bu reallıq təhlükəsizlik amilinə əsaslanan qlobal oyunçular və iştirakçılar üçün burada yeni iqtisadi və logistika seçimləri imkanı yaradır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 22 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















