Dünya Kamandan Oxatma Federasiyası ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 14 iyul, AZƏRTAC
Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdenerin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyevlə görüşü keçirilib.
AKOF-dan AZƏRTAC-a verilən məlumata görə, qonaq Bakıda açıq havada məşq edən böyük, yeniyetmə və gənclərdən ibarət milli komandaların təlim-məşq prosesini izləyib. O, Azərbaycan idmançılarının hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.
Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən danışıb. Tərəflər görüş zamanı Azərbaycanda kamandan oxatma idman növünün inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















