Icma.az
close
up
RU
Dünya liderlərinin Bakıya ardıcıl səfərləri: nə baş verir? ŞƏRH

Dünya liderlərinin Bakıya ardıcıl səfərləri: nə baş verir? ŞƏRH

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, mayın 7-11-i İsrail Baş naziri Binyamin Netanyahu, 10-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri nəzərdə tutulub. Az öncə İran Prezidenti Məsud Pezeşkiyanın, ardınca dünya siyasətində önəmli rolu olan iki dövlət başçısının eyni vaxtda Bakıya səfər etməsi xeyli maraq doğurub.

Xüsusən də gözlənilən səfər zamanı Ərdoğan və Netanyahunun görüşəcəyi barədə fikirlər geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Bakupost.az -a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov onların görüşünün istisna olmadığını bildirib.

"Amma hesab edirəm ki, digər bir mövzu da yaddan çıxmamalıdır. Ola bilsin ki, cənab Prezident İlham Əliyev və Netanyahu Moskvada 9 May Paradında bir yerdə iştirak edəcəklər. Yəni Azərbaycandan getmələri də mümkündür. Gedib iştirak edib, geri qayıdıb səfəri davam etdirə bilərlər.

Hadisələr üst-üstdə düşür. İstisna olunmur ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir və bu vəziyyətdə Türkiyənin mövqeyi olduqca vacibdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir", - deyə sabiq nazir bildirib.

T.Zülfüqarovun sözlərinə görə, Türkiyə hərbi hava qüvvələrinin Suriyada yerləşən bəzi obyektlərdən istifadə etməsi İsraili narahat edir:

"Ümumiyyətlə, mövzular çoxdur. Yaxın Şərqdə baş verən hadisələr çox aktualdır. Bu mövzulara aid Rusiyanın da mövqeyi çox vacibdir. Hələ Rusiyanın Suriyada olan bazalarının aqibəti də müəyyən olunmayıb. Burada Türkiyənin də mövqeyi çox vacibdir.

Eyni zamanda bəzi mənbələr deyirlər ki, İsrail bu məsələdə fərqli bir mövqedədir. Guya ki, Rusiyanın Suriyada bazalarının qalmasının tərəfdarıdır. Ona görə 9 May təkcə parad eyil, bu mövzuların müzakirə yeri də ola bilər.

Digər tərəfdən bilirik ki, 9 May mövzusu indi gündəmdədir, ancaq onun keçirilməsi də sual altındadır. Rusiyanın təklifi var ki, 3 günlük atəşkəs elan olunsun. Amma Ukrayna bu təklifi qəbul etmir, deyir ki, atəşkəs 1 aylıq olsun.

Görünür ki, Azərbaycanın, cənab Prezidentin bu hadisələrdə aktiv iştirakı var və diqqət Bakıda cəmləşib. Ona görə də Netanyahunun və ya nümayəndələrinin təmasları Bakıda baş tutacaq".

Sabiq nazir qeyd edib ki, İsrail-Azərbaycan danışıqlarına gəlincə, Pezeşkianın Azərbaycana səfəri unudulmamalıdır:

"Ola bilsin ki, İsrail Azərbaycanın hansısa müzakirələri onunla bölüşməsi ilə maraqlanır. Biz görürük ki, Pezeşkianın Azərbaycana səfəri çox səmimi oldu. Hiss olunurdu ki, o, Prezident İlham Əliyevə etibar edir. Eyni zamanda Azərbaycanın İsraillə münasibətləri də çox yüksək səviyyədədir.

Bu baxımdan Azərbaycanın təkcə Türkiyə ilə yox, İranla bağlı məsələlərdə də kommunikasiya kanalı kimi rolu istisna olunmur. Yəni biz görürük ki, artıq Bakı Prezident İlham Əliyevin aktiv siyasəti nəticəsində bir çox tərəflərin etibar etdiyi paytaxta çevrilib".

Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri