Icma.az
close
up
RU
Dünya liderlərinin məhz Qarabağa səfəri Azərbaycanın yeni geosiyasi reallığının qəbuludur Deputat

Dünya liderlərinin məhz Qarabağa səfəri Azərbaycanın yeni geosiyasi reallığının qəbuludur Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəldi. Xüsusilə Qarabağda keçirilən çox önəmli görüşlər, səfər edilən məkanlar bu səfərin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında, həmçinin ümumilikdə Azərbaycanın Ərəb körfəzi ölkələri və digər körfəz ölkələri arasında nüfuzunun göstəricisi olduğunu nümayiş etdirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa etdiyi səfərdən danışarkən bildirdi.

"Bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirlikləri Prezidenti birbaşa Qarabağa səfər etdi, Şuşaya, Cıdır düzünə səfərlər oldu. Prezidentlə birlikdə Qarabağda aparılan yenidənqurma və bərpa işləri, işğaldan sonrakı vəziyyətlə tanış oldu. Xüsusilə diqqət çəkir ki, səfər Birləşmiş Ərəb Əmirlikləri prezidentinin Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq İslam toplantısından və İslam Əməkdaşlıq Təşkilatı ilə Ərəb Liqasının konfransından dərhal sonra Azərbaycana gəlməsi ilə reallaşıb. Bu isə bir daha göstərir ki, Azərbaycan hal-hazırda körfəz ölkələri arasında yüksək nüfuza malikdir. Son zamanlar artan əlaqələrimiz də bunu təsdiqləyir. Birləşmiş Ərəb Əmirlikləri böyük maliyyə və turizm potensialına malik olmaqla yanaşı, iqtisadi modelinə görə də dünyada tanınan ölkələrdən biridir", - deyə o, qeyd etdi.

Millət vəkili əlavə etdi ki, Azərbaycanla BƏƏ arasındakı əlaqələr həm prezidentlər səviyyəsində şəxsi dostluq münasibətlərinə, həm də ölkələrimiz arasında münasibətlərin son zamanlar intensivləşməsinə və dərinləşməsinə əsaslanır:

"Bu əlaqələr enerji təhlükəsizliyi, Azərbaycanın Yaxın Şərqdə artan nüfuzu, alternativ enerji layihələri, turizm, iqtisadiyyat və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıqla möhkəmlənir. Birləşmiş Ərəb Əmirlikləri həmişə, xüsusilə son zamanlar Azərbaycanın haqlı mövqeyini İslam Əməkdaşlıq Təşkilatında, İslam və Ərəb dünyasında qoruyan ölkələrdən biridir. Bu görüşün ən önəmli aspekti isə odur ki, artıq Qarabağ, Şuşa və Xankəndi yalnız bərpa və quruculuq işlərinin aparıldığı məkan deyil, həm də Azərbaycanın və dünyanın diplomatik və geosiyasi nəbzinin atdığı bir məkana çevrilib. Artıq dünya liderlərinin Azərbaycana səfər edərkən məhz Qarabağa getməsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın qəbul olunmasının göstəricisidir və Azərbaycanın qlobal oyunçuya, Azərbaycan liderinin isə qlobal liderə çevrildiyini göstərir", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri