Icma.az
close
up
RU
Dünya Minifutbol Federasiyasının vitse prezidenti: “Azərbaycan millisindən gözləntilər çoxdur

Dünya Minifutbol Federasiyasının vitse prezidenti: “Azərbaycan millisindən gözləntilər çoxdur

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının artıq 5 günü geridə qalır. Mundialla bağlı təəssüratlarınız necədir?

- Bu, tarixdə olan ən yaxşı minifutbol yarışıdır. Təşkilatçılar çox böyük iş görüblər. Arena, nəqliyyat, qidalanma, məskunlaşma – bir sözlə, hər şey mükəmməldir. Bu dünya çempionatı minifutbolu daha yüksəklərə qaldıracaq. Həm də gələcək üçün qapıları açacaq. Mən Slovakiyadanam. Şadam ki, 2022-ci ildə Azərbaycan məhz Slovakiyada Avropa çempionu oldu. Həmin qalibiyyət bu gün dünya çempionatının Azərbaycanda keçirilməsində böyük rol oynadı. 

- Lakin Slovakiya millisi Bakıda qrupda qaldı...

- Bu, idmandır. Bu gün Azərbaycan millisi də uduza bilərdi. Yaxud son dünya çempionu Rumıniya yığması da 2 turdan sonra hələ növbəti mərhələyə vəsiqə qazanmayıb. 

- Bakıdakı yarışı əvvəlki dünya çempionatları ilə müqayisə etdikdə hansı fərqlər var?

- Fərqlər çoxdur. BƏƏ-dəki son çempionatda oyunların keçirildiyi stadion sahildə, açıq havada tikilmişdi. Bu gün Azərbaycan minifutbolda ən güclü 3 ölkədən biridir. Eləcə də dövlət dəstəyini də qeyd etmək istərdik.

- Dünya çempionatında Azərbaycan millisindən gözləntiləriniz nədir?

- Çox çətin olacaq. Slovakiya Avropa çempionatına ev sahibliyi edərkən bu təcrübəni yaşamışıq. Azərbaycan ev sahibi olduğu üçün komandadan gözləntilər çoxdur, istər azarkeşlər, istərsə də media tərəfindən. 

- Minifutbolun peşəkar səviyyədə qəbulu üçün federasiya olaraq hansı addımlar atırsınız? FİFA ilə danışıqlar gedirmi?

- Minifutbolu inkişaf etdirməyə çalışırıq. Bunun üçün bir federasiyanın, qurumun köməyi bəs etmir. İdman növlərinin 99 faizi həvəskardır, yalnız bir faizi peşəkardır. Futbolda, basketbolda, voleybolda peşəkar idmançılar ola bilər. Amma ümumi götürdükdə, bu, yalnız 1 faiz təşkil edir. 

- Bəs gələcəkdə minifutbolun Olimpiya Oyunlarının proqramına daxil edilməsi mümkündürmü?

- Məncə, olimpiadanın proqramının yeni idman növlərinə ehtiyacı var, yenilənmə olmalıdır. Bu baxımdan minifutbol çox gözəl idman növüdür.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 May 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri