Azərbaycan Minifutbol Federasiyasının prezidenti: Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 May, AZƏRTAC
Dünya çempionatı üçün hazırlıqlar son mərhələyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında deyib.
O, mundialın keçiriləcəyi Milli Gimnastika Arenasında da hazırlıqların yekunlaşmaq üzrə olduğunu bildirib: "Bir neçə günə arena tam hazır olacaq. Bildiyiniz kimi, mayın 19-da dünya çempionatına həsr olunan “Legend Cup” keçiriləcək. Düşünürəm ki, futbol ictimaiyyəti və azarkeşlər həmin oyunu böyük səbirsizliklə gözləyirlər".
O. Məmmədov Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşü keçirəcəyini də vurğulayıb: "Bu da mundial öncəsi son oyun olacaq. Bundan əvvəl yığma Monteneqroda təşkil edilən turnirdə birinci, Slovakiyada isə ikinci olmuşdu. Ab-hava yüksək səviyyədədir. Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır".
Federasiya rəhbəri dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "fan zona"nın azarkeşlərdə bu idman növünə olan marağı artıracağını söyləyib: "Həm yerli, həm də əcnəbi insanlar bura maraq göstərir. Mundialın sonuna kimi bu cür tədbirlər təşkil edəcəyik".
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















