Icma.az
close
up
RU
Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək FOTOlar

Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək FOTOlar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Belə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil.

Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir.

"Bakı-2025"də tarix yazılacaq

Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın -  minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. May ayının 21-dən iyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq.

Bu günlərdə DÇ-nin püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf  çıxış edərək Azərbaycanda böyük futbolla bərabər minifutbola marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib.

Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb.

Möhtəşəm sürpriz

Tədbirə göstərilən maraq, yüksək səviyyəli hazırlıq heç də futbol üzrə dünya çempionatının püşkatmasından geri qalmayıb. Bu dəfə də yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan Minifutbol Federasiyası (AMF) minifutbol tarixinə möhürünü vurub. Çünki indiyədək dünya çempionatlarında bu cür möhtəşəm püşkatma mərasimi keçirilməmişdi.
Ətraflı

Etiraf edək ki, hamı üçün sıradan bir püşkatma mərasimi kimi görülsə də, tədbirin keçirildiyi məkana daxil olduqda möhtəşəm hazırlığın şahidi olduq. Sanki FİFA və UEFA-nın mötəbər tədbirindəymişik kimi atmosferlə üz-üzə qaldıq. Tədbiri yüksək səviyyədə keçirmək, mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirmək elə də asan məsələ deyil. Bütün detallar tam dəqiqliklə nəzərə alınmışdı.  Xüsusi olaraq vurğulayaq ki, minifutbol maliyyə resursları elə də yüksək olmayan idman növüdür.

Tədbir başladı... Ölkənin tanınmış, futbol ictimiayyətinin görkəmli simaları tədbirə qatılmışdılar. Adətən, belə mötəbər tədbirlərin püşkatmasında iştirak edənlər dünyanın tanınmış futbol ulduzlarını görməyə alışıblar. Elə bunu düşündüyümüz anda möhtəşəm sürprizlə qarşılaşdıq.

Tədbirin aparıcıları dünya ulduzunu püşkatma üçün səhnəyə dəvət edəcəklərinin anonsunu verdilər. Hamı təəccüb və həyəcanla bu adın kim olacağını fikirləşməyə başladı. Və budur, AMF rəhbərliyinin xüsusi təşəbbüsü sayəsində Portuqaliya millisində Avropa çempionu olan, "Mançester Yunayted" (İngiltərə) kimi qitənin ən böyük klublarında forma geyən Luiş Nani səhnəyə dəvət olundu. Tədbir iştirakçılarının böyük alqışına səbəb olan səhnəni sözlərlə ifadə etmək olduqca çətin idi.

Azərbaycan Minifutbol Federasiyasının yüksək təşkilatçılığı

İndi isə hər kəs böyük səbrsizliklə mundialın başlayacağı tarixi gözləyir. Dünyanın müxtəlif ölkələrindən gələcək komandaları, federasiya rəsmilərini, azarkeşləri maraqlı sürprizlər gözləyir. Milli komandamızdan isə həmişə olduğu kimi ən yüksək nəticəni gözləyirik. Bu cür təşkilatçılığa, belə də sonluq yaraşardı.

Ümumiyyətlə, etiraf edək ki, bu tipli nüfuzlu yarışlar üçün ən azı 2-3 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı vardı. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur və demək olar ki, Dünya Minifutbol Federasiyanın (WMF) hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var.

"Bakı-2025"də isə bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü.  Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, AMF  hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaq üzrədir. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.  

Federasiya rəhbərliyi az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.  Yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib.

Göründüyü kimi qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edir. Lakin Azərbaycan Minifutbol Federasiyası ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atmaqdadır.

"Bakı-2025"də görüşənədək...

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Mart 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri