Icma.az
close
up
RU
İnnovasiya ekosisteminin nəbzi “Baku ID 2025 Festivalı”nda döyünəcək Fotolar

İnnovasiya ekosisteminin nəbzi “Baku ID 2025 Festivalı”nda döyünəcək Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 19-da SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan Baku ID innovasiya festivalı keçirilir. 

“Jolly Joker Baku” və Daş Salnamə Muzeyində baş tutan builki tədbir “The Regional Nexus” mövzusu ətrafında təşkil olunur. 

Bu mövzu Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslanır.

“Baku ID 2025” festivalının rəsmi açılışı SABAH.HUB-un baş icraçı direktoru Rəhim Bayramlının çıxışı ilə baş tutub. Ardınca çıxış edən idarə heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətini vurğulayıb.

Rəhim Bayramlı açılış çıxışında Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini bildirərək qeyd edib ki, SABAH.city layihəsinin inşasına artıq başlanılıb və bu müasir mərkəz “Baku ID 2026”tədbirinə ev sahibliyi edəcək. Bu addım, regionun texnoloji inkişafını sürətləndirərək və Azərbaycanı daha da güclü bir innovasiya mərkəzinə çevirəcək.

Festivalda bu il də ənənəyə sadiq qalaraq aparıcı dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatların təmsilçiləri iştirak edir.

Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov “4SİM”in fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır. Eyni zamanda, “4SİM” Dünya İqtisadi Forumunun qlobal “4Sİ” şəbəkəsinin bir hissəsi olaraq, gələcəyin texnologiyalarını və ictimai siyasətini formalaşdırmağa həsr olunmuş 22 mərkəzdən biridir. “4SİM” insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir.

Baku ID festivalında investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir. 

Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır. 

Baku ID festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr, regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır.  

Tədbir həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır. “University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim edərək investorlarla tanış olmaq imkanı, eyni zamanda ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, Baku ID 2025 tədbiri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı qurumların tərəfdaşlığı ilə keçirilir. Bu dəstək sayəsində “Baku ID” artıq yalnız regional deyil, habelə beynəlxalq miqyasda tanınan innovasiya arenasına çevriləcək.

Tədbirlə bağlı ən son yeniliklərdən xəbərdar olmaq və festivalın gedişatını izləmək üçün rəsmi vebsayt olan www.bakuid.com, həmçinin Baku ID-nin sosial media kanalları - Instagram, LinkedinFacebook izləməyi unutmayın. 






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri