Putin: 10 15 ildən sonra dünya misli görünməmiş texnoloji irəliləyiş yaşayacaq
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin dünyanın texnologiya sahəsində kritik bir transformasiya mərhələsindən keçdiyini bildirib.
Turkustan.az xəbər verir ki, o deyib ki, növbəti 10–15 il ərzində dünya tarixində görünməmiş miqyasda böyük texnoloji irəliləyiş baş verəcək.
Putin bu fikirləri paytaxt Moskavada keçirilən Rusiya Dövlət Şurasının iclasında çıxışı zamanı səsləndirib. Süni intellekt sahəsindəki inkişafı kosmik proqramların həyata keçirilməsi ilə müqayisə edən Rusiya lideri qeyd edib:
“Həmin proqramlar öz dövründə dünyanı əhəmiyyətli dərəcədə dəyişdirdi. Lakin süni intellekt daha inqilabi və hərtərəfli texnologiyadır. O, həyatın bütün sahələrinə sürətlə nüfuz edir və çoxsaylı vəzifələrin avtomatlaşdırılmasını təmin edir.”
Putin süni intellektin yayılma sürətinin hər il artdığını vurğulayaraq bildirib ki, bu dəyişikliklərə hazır olmaq vacibdir:
“Hər şey dəyişəcək. Biz buna hazır olmalıyıq. Məşğulluq sahəsində orta müddətli vəzifələri həll edərkən süni intellektin yaradacağı sistemli dəyişiklikləri nəzərə almalı və qabaqlayıcı tədbirlər görməliyik.”
Putin əlavə edib ki, süni intellekt xüsusilə giriş səviyyəli işlərdə, pərakəndə ticarətdə, maliyyə sektorunda və bəzi dövlət vəzifələrində insanların yerini tuta bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















