Icma.az
close
up
RU
Dünya nizamında etibarlı aktor: Azərbaycanın balans və realpolitika strategiyası

Dünya nizamında etibarlı aktor: Azərbaycanın balans və realpolitika strategiyası

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər və geosiyasi dəyişikliklər dünya nizamının yenidən formalaşması zərurətini gündəmə gətirir.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra yaranmış köhnə beynəlxalq sistem artıq öz funksionallığını və effektivliyini itirib, yeni dünya nizamının formalaşması isə artıq qaçılmaz reallığa çevrilib. Bu prosesin sadəcə müşahidəçisi olmaq əvəzinə, Azərbaycan onun fəal iştirakçısına çevrilməli, xüsusilə Cənubi Qafqazda aparıcı dövlət statusunu nəzərə alaraq, bu yeni nizamın qurulmasında ədalət prinsipinə əsaslanan mövqe nümayiş etdirməlidir.

Bu məsələlərin aktuallığı aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən və "Yeni dünya nizamına doğru" mövzusuna həsr olunan beynəlxalq forumda bir daha ön plana çəkildi. Forumda səsləndirilən fikirlər, Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasətin müasir dövrün çağırışlarına cavab verməkdə necə mühüm rol oynadığını nümayiş etdirdi. Eyni zamanda, Prezidentin bu platformada etdiyi çıxışlar bir daha sübut etdi ki, Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da ədalətli, hüquqa əsaslanan və əməkdaşlığa açıq bir sistemin tərəfdarı kimi çıxış edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezidentin çıxışında Türk Dövlətləri Təşkilatına dair mesajlar sırf etnik və mədəni bağlılıqlar çərçivəsində deyil, həm də realpolitika kontekstində dəyərləndirilməlidir:

“Bizi tarix, etnik köklər birləşdirir” fikri sadəcə kimlik məsələsi deyil – bu, həm də iqtisadi, nəqliyyat və enerji layihələrində ortaq maraqların birləşdirilməsi zərurətindən doğur. Azərbaycan üçün türk dövlətləri ilə inteqrasiya həm regional təhlükəsizlik, həm də Avrasiya geosiyasətində balans siyasəti üçün vacibdir".

Onun sözlərinə görə, Azərbaycanın pandemiya dövründə Qlobal Cənub ölkələrinə göstərdiyi yardım və Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin diplomatik manevr imkanlarını artırdı. Həmsöhbətimiz qeyd edib ki, İlham Əliyevin “Bir yaxşı hekayətə imza atdıq” sözləri təkcə sentimental qiymətləndirmə deyil, həm də Azərbaycanın beynəlxalq etimad kapitalının artmasına işarədir. Qlobal Cənub ilə əlaqələr vasitəsilə Azərbaycan nəinki geosiyasi balans yaradır, həm də Qərbin təzyiqlərinə alternativ diplomatik platformalar formalaşdırır.

Vüqar Rəhimzadə: Bütün bu məqamlar göstərir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil

Millət vəkili əlavə edib ki, Sülh prosesi ilə bağlı Prezident Əliyevin irəli sürdüyü iki əsas şərt – Ermənistan Konstitusiyasının düzəlişi və Azərbaycanın ərazi bütövlüyünün tanınması Azərbaycanın kompromisə hazır, lakin prinsipsiz güzəştlərə getməyəcəyini göstərir. “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq” deməklə Prezident mümkün etimadın illərlə qurulmalı olduğunu vurğulayır. Bu da real və uzunmüddətli sülhə yönələn strateji baxışdır:

"Bütün bu məqamlar göstərir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil – o, dəyişən qlobal düzəndə fəal, bəzən isə iddialı mövqelər sərgiləyən ölkəyə çevrilib. İlham Əliyevin forumdakı çıxışı isə bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti daha çox milli maraqlar və qlobal reallıqlar üzərində qurulur. Bu, kompromisə açıq, lakin prinsipial; inteqrasiyaya meyilli, lakin müstəqil; qlobal proseslərə qoşulan, lakin yönəldilməyən bir Azərbaycan modelidir",- V.Rəhimzadə fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri