Icma.az
close
up
RU
80 yaşlı ana 61 ildir əlil qızına göz bəbəyi kimi baxır FƏDAKARLIQ

80 yaşlı ana 61 ildir əlil qızına göz bəbəyi kimi baxır FƏDAKARLIQ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Bir gün olsun şikayət etməyib

Türkiyənin Hatay bölgəsində yaşayan 80 yaşlı Nazmiye Sözalan 61 ildir əlil qızına baxır. Nazmiye ana, bir gün belə durumdan şikayət etməyib; həm tarlada işləyir, həm də qızına göz bəbəyi kimi qayğı göstərir.

Sherg.az xəbər verir ki, Yayladağı rayonunun Kulaç məhəlləsində yaşayan 80 yaşlı Nazmiye Sözalanın 61 yaşlı qızı Durdunaz Sözalan anadangəlmə fiziki əlil doğulub. Yatağa bağlı yaşayan Durdunaz Sözalanı həyata bağlayan isə anası Nazmiye Sözalandır.

Ana Sözalan qızının hər bir ehtiyacına sevgi və şəfqətlə qulluq edir, eyni zamanda bağ-bağça və ev işləri ilə də məşğul olur. Qızına olan mərhəməti ilə ona ümid olan Nazmiye ana qızını baxımevinə vermək istəmədiyini bildirərək, qızının da onun həyatı üçün bir ümid olduğunu deyir.

Anadangəlmə əlil olduğunu bildirən 61 yaşlı Durdunaz Sözalan kiçik ölçülü əlil arabası istədiyini deyərək belə danışdı:

“Anamla birlikdə yaşayıram. Günüm bir az yaxşı keçir. Anamla vaxt keçirirəm. Mən doğuşdan bu vəziyyətdəyəm, anamla yaxşı dolanıram. Anam məni yedirir, içirir və altımı dəyişir. Özümə uyğun kiçik təkərli yeriyici (əlil arabası) istəyirəm. Başqa bir arzum yoxdur. Həyat yaxşı və normal davam edir. Anamdan razıyam. Heç nə etmirəm, oturub televizora baxıram.”

80 yaşlı fədakar ana Nazmiye Sözalan uzun illərdir qızına baxmasına baxmayaraq vəziyyətdən şikayət etmir. Ana-qız özlərinə uyğun qurduqları həyatı illərdir davam etdirirlər.

Nazmiye ana belə danışır:

“Allaha çox şükür, yaxşı-pis günlərimiz keçir. Qızım anadangəlmə bu vəziyyətə düşdü. Həmişə mən baxmışam, amma qızım məmnundurmı, deyilmi bilmirəm. İkimiz də yaxşı anlaşırıq. Qızım oturur, yeməyini verirəm, çayını verirəm, hər şeyini hazırlayıb sonra çölə çıxıram”.

Nazmiye ana qızına baxmaqla yanaşı tarladakı işlərini də davam etdirir. Qızını dəfələrlə baxımevinə götürmək istədiklərini deyən fədakar ana əlavə edir:

“Allah qızıma yardım edə bilim deyə mənə güc-qüvvət verir. Tarlaya gedirəm, ya da çöldən çalı-odun yığıram. Evimi də qəpik-qəpik yığaraq yenidən tikməyə çalışdım. Qızımı heç vaxt baxımevinə vermədim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri